Juninyonu Sevilyaya keçmək fikrindən kim daşındırıb? DETALLAR
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo" komandasının baş məşqçisi Felipe Luislə danışdıqdan sonra İspaniya təmsilçisi "Sevilya"ya keçmək fikrindən daşınıb.
Bizim.Media "Uol.com"a istinadən xəbər verir ki, Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna və 28 yaşlı hücumçuya yeni təklif göndərib.
"Qırmızı-qaralar" Ağdam klubuna 7-8 milyon avro, Juninyonun özünə isə 5 milyon avro məvacib ödəməyə hazır olduğunu bildiriblər.
Bu, "Sevilya"nın "köhlən atlar"a təklif etdiyi məbləğdən 2 dəfə çoxdur. İspaniya təmsilçisi Juninyoya isə təqribən 1.5-1.7 milyon avro maaş verməyi planlaşdırır. Braziliyalı oyunçu ilə üçillik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Flamenqo"nun baş məşqçisi Felipe Luis karyerası ərzində İspaniyanın "Atletiko Madrid" və İngiltərənin "Çelsi" kimi tanınmış komandalarının formasını geyinib. O, 2019-cu ildə Braziliya yığması ilə Amerika Kubokunda qızıl medal əldə edib.
F.Luis Madrid təmsilçisi ilə iki dəfə Avropa Liqasının, bir dəfə İspaniya La Liqasının, London klubunda isə İngiltərə Premyer Liqasının qalibi olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 08 Yanvar 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















