Juninyonun Sevilyaya transferi yekunlaşır: Qarabağ bu qədər qazanacaq
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"In futbolçusu Juninyonun İspaniyanın "Sevilya" klubuna keçidi yekunlaşmaq üzrədir.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı hücumçunu satmağa razı olub. Bu barədə "Marca" nəşri məlumat yayıb.
"Sevilya"nın "Qarabağ"a bonuslarla birlikdə 4 milyon avro ödəyəcəyi bildirilir. 28 yaşlı forvard La Liqa klubu ilə 2027 və ya 2028-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, "Qarabağ" Juninyonu 2023-cü ilin yayında Portuqaliyanın "Şaveş" klubundan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Juninyonun Sevilyaya transferi baş tutmadı: Futbolçu bu kluba keçir
07 Yanvar 2025 22:10
Rumınlar Juninyonun Sevilyaya satılacağına ümid edirlər
18 Dekabr 2024 17:53
Qurban Qurbanov Juninyonun Sevilyaya mümkün keçidi haqda
19 Dekabr 2024 17:38
Juninyonun Sevilyaya tez uyğunlaşacağına inanıram Sabiq baş məşqçi
24 Dekabr 2024 11:59
Juninyonun özü də Sevilyaya keçmək istəyir Qurban Qurbanov
19 Dekabr 2024 16:32

