Icma.az
close
up
RU
Jurnalist Elçin Alıoğluna qarşı sui qəsd hazırlanıb

Jurnalist Elçin Alıoğluna qarşı sui qəsd hazırlanıb

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində "Trend" Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, "Baku Network" analitik platformasının rəhbəri, Azərbaycanın aparıcı siyasi şərhçilərindən və beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərindən biri olan Elçin Alıoğluna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci (cinayətə cəhd) və 277-ci (dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd) maddələri üzrə ittiham olunan Sarıcanov Abülfəzl Azər oğluna qarşı cinayət işi təqdim edilib. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Elçin Alıoğluna qarşı hücumu məqsədyönlü şəkildə hazırlayaraq, cinayətin vaxtını və detalları diqqətlə planlaşdırıb.

Bu gün hakim Səbinə Adil qızı Məmmədzadənin sədrliyi, hakimlər Eldar Hüseyn oğlu İsmayılov və Sabir Sübhi oğlu Hüseynovun iştirakı ilə keçirilən hazırlıq iclasında tərəflərin mövqeləri dəqiqləşdirilib və işin gələcək baxış qaydası müəyyən edilib.

İlkin məlumatlara əsasən, istintaq belə qənaətə gəlib ki, sui-qəsd cəhdinin motivi birbaşa jurnalistin peşəkar fəaliyyəti ilə əlaqədardır. Elçin Alıoğlu Azərbaycan əleyhinə informasiya kampaniyalarını və Bakıya qarşı yönəlmiş geosiyasi manipulyasiyaları ifşa edən analitik yazıları ilə tanınır.

Elçin Alıoğlu həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yaxşı tanınan simadır. Onun analitik tədqiqatları enerji təhlükəsizliyindən və Cənubi Qafqazın post-müharibə dövründəki düzənindən tutmuş, Azərbaycana qarşı ideoloji təzyiq mexanizmlərinə qədər geniş mövzuları ehtiva edir. Öz materiallarında o, dəfələrlə təhrif olunmuş narrativlər yayan xarici QHT və media strukturlarının fəaliyyətini tənqid edib və ölkənin informasiya suverenliyinin və media gigiyenasının gücləndirilməsinə çağırıb.

Ekspertlərin fikrincə, Alıoğlunun həyatına sui-qəsd cəhdi, xüsusilə informasiya məkanının kəskin ideoloji mübarizə arenasına çevrildiyi bir dövrdə, müstəqil Azərbaycan jurnalistikasını qorxutmaq cəhdi kimi qiymətləndirilir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri