Icma.az
close
up
RU
Jurnalist övladları üçün də “Son zəng” çalındı FOTOLAR

Jurnalist övladları üçün də “Son zəng” çalındı FOTOLAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. 
Bu il respublikada ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın şagird məzun olur. Onlardan 33 517 nəfəri Bakıdakı məktəbləri bitirir.

Modern.az-ın məlumatına görə, məktəblərin “Son zəng”lə yola saldığı məzunlar arasında bəzi jurnalistlərin övladları da var. Ənənəmizə sadiq qalaraq, bu il də məzun olan həmkarlarımıza diqqətlə yanaşdıq.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızı Gülcan üçün son zəng Bakı Türk Liseyində səslənib. Gülcanın arzusu tibb sahəsində təhsil almaq, həkimlik peşəsinə yiyələnməkdir.
“Gülcanın arzuladığı kimi xalqımıza, dövlətimizə layiqli kadr, həkim olacağına inamımız sonsuzdur. Ali məktəbə qəbul xəbərini səbirsizliklə gözləyirik. Yolun açıq olsun, qızım”, - deyə Elnur Niftəliyev valideyn olaraq sevinc hisslərini ifadə edib.



“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı Murad Məmmədli də Bakı Türk Liseyini bitirib.

“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə 11-ci sindi 212 nömrəli məktəbdə başa vurub.

"Matc.az" saytının baş redaktoru İxtiyar Əsgərovun qızı Kifayət Əsgərova 162 saylı orta məktəbdən məzun olub. Kifayətin arzusu Bakı Dövlət Universitetinə qəbul olunmaqdır.

“Yenicag.az” saytının direktoru Aqil Ələsgərin oğlu Amin Fərəcov üçün də bu gün son zəng çalınıb.
 


Telejurnalist, Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin redaktoru Könül Rəhim "Son zəng" gününü ilk dəfə valideyn kimi yaşayanlardandır. Onun övladı Mikayıl Șıxılı Sumqayıt şəhərindəki  Humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyindən məzun olur.
Həmkarımız sevincini bu cur ifadə edib: “11 il əvvəl əlindən tutub məktəbə apardığımız bu sarışın oğlan bu gün bizi məzun olaraq öz "Son zəng”inə aparıb. İzah edilməyəcək dərəcədə xoş hisslərdir".

"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı məzun adını 49 saylı "İntellekt" məktəb-liseydən qazanıb. Özgürün hədəfi bu il ali məktəb tələbəsi olmaqdır.

"Unikal.az”ın redaktoru Hüseyn İsgəndərovun oğlu Rəvan İsgəndərli də orta məktəblə vidalaşıb. Onun üçün indi əsas məsələ ali məktəb tələbəsi adını qazanmaqdır.

"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayevin oğlu Osman Musayev 160 saylı Klassik Gimnaziyadan məzun olub.

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Mayis Musayevin oğlu Məhəmməd Musayev də elə həmin ümumtəhsil ocağını - 160 saylı Klassik Gimnaziyanı başa vurub.

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İlkin Ağayevin oğlu Turqay Ağayev bu il orta məktəbə "əlvida" deyən məzunlardandır.

"Azedu.az" təhsil portalının redaktoru Ləman Novruzovanın qardaşı 11-ci sinifdən məzun olub.

"Bakivaxtı.az” xəbər portalının təsisçisi İqbal Alısoyun iki övladı - Duyğu Alısoy və İsmayıl Alısoy orta məktəbi başa vurublar.

"Qafqazinfo.az" saytının redaktoru Gülşən Raufqıznın övladı Gülnur məzun adını qazanmaqla valideynlərinə sevinc yaşadıb. "Bu gün göz yaşlarım sel olub axdı bu qız üçün. Ömrümdə ilk dəfə danışmağa bu qədər çətinlik çəkdim. Yolun, bəxtin açıq olsun, gözəl balam!", - deyə həmkarımız övladı barədə sevincini bölüşüb.

İcbari Sığorta Bürosunun əməkdaşı, "Monetar.az" saytının rəhbəri Neman Səfərəliyevin oğlu bu il 11-ci sinfi başa vuran məzunlar sırasında yer alır. Həmkarımız övladı ilə bağlı hisslərini bölüşüb:
"Məktəb illəri sona çatdı! 11 il boyunca “oyan, dərsə gecikərsən”, “ev tapşırığını eləmisən?”, “telefondan bir az uzaq dur!” kimi sözləri o qədər dedik ki...Çox çalışdı, əzmkarlıq gostərdi, indi yeni bir mərhələyə qədəm qoyur.Səninlə fəxr edirik! Yolun açıq, gələcəyin parlaq olsun!"

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, mədəniyyət yazarı, kino araşdırmaçısı, prodüser Vasif Ayanın qızı Ayan da bu gün "Son zəng" mərasiminin sevincini yaşayan məzunlar arasındadır.
 

"Bizimmedia.az" saytının rəhbəri Anar Tahirovun oğlu Fuad bu gün orta məktəbi bitirən minlərlə gəncdən biridir. Həmkarımız oğlunun məzun olmasına reaksiyasını belə ifadə edib: "Əziz məzunlar, bu gün sizlər üçün qürur, sevinc və bir az da həyəcan doludur. Qarşınızda sizi gözləyən uzun bir yol var. İnanıram ki, bilik və zəhmətinizlə bu yolu uğurla gedəcək, ailənizi, müəllimlərinizi və Vətənimizi daim qürurlandıracaqsınız. Hər bir məzunumuzu təbrik edir, sağlam, uğurlu bir gələcək arzulayıram. Məzun 2025 – yolunuz açıq, uğurunuz bol olsun!"



"Cebhe.info" saytı və "Cümhuriyət" qəzetinin redaktoru Elnarə Kərimova da oğlunun məzun olmasına görə sevinib: "Sən mənim bu dünyadakı iki sərvətimdən birisən. Məktəbi bitirdin. Əsl imtahan indi başlayır. Bayraq tutan əlin heç titrəməsin!"

"Səs" qəzetinin əməkdaşları Lalə Mehralı və Elçin Bayramov cütlüyünün oğlu Altay 162 nömrəli tam orta məktəbdən məzun olub.

Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli də məzun atası kimi bu gün sevinən jurnalistlərdəndir. 
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyun 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri