Icma.az
close
up
RU
Jurnalist övladları da məzun oldular FOTOLAR

Jurnalist övladları da məzun oldular FOTOLAR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün ölkənin bütün ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il respublika üzrə 11-ci sinfi ümumilikdə 116 550 şagird başa vurub. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri isə oğlandır.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 25 ümumi təhsil müəssisəsində də “Son zəng” çalınıb. Həmin məktəblərdə 171 məzun olub.
Modern.az-ın məlumatına görə, builki məzunlar arasında jurnalist övladları da var. Ənənəmizə uyğun olaraq həmkarlarımızın xoş günlərinin sevincini bölüşürük.


“Müsavat” TV-nin redaktoru Sevinc Telmanqızı və “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı cütlüyü də məzun valideynləridirlər.
“Bu gün mənim Oğuzum da məzunlar dəstəsinə qoşuldu. Məzun lentini ağ köynəyin üstünə taxıb, daha bir həyat mərhələsini geridə qoydu. 11 il əvvəl məktəbə başladığı günə nəzər saldım. Nələr-nələr dəyişib, təqvim sürətlə vərəqlənib. Amma dəyişməyən tək şey-övladının xoş günündə biz valideynlərin gözündən əskilməyən o parıltı, sevinc və qürurdur… Bütün məzunları təbrik edir, uğurlu həyat yolu arzulayıram”, - deyə Sevinc Telmanqızı təəssüratını bölüşüb.

“Yenisabah.az” saytının rəhbəri Elnur Məmmədli ilə APA-nın redaktoru Nigar Abbasova cütlüyünün qızı Nərmin orta məktəblə vidalaşıb. Ali məktəbə imtahan verən Nərmin tələbə olmağa hazırlaşır.

“Xəzər” FM radiosundakı “Birinci şou” verilişinin aparıcısı Teymur Əliyev də məzun atasıdır. Həmkarımızın qızı orta məktəbə vida edib.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov məzun atası kimi oğlu Camal Rüstəmzadənin "Son zəng" tədbirində iştirak edib.

"Yeni Müsavat" qəzetinin parlament müxbiri Elşad Paşasoyun oğlu Murad orta məktəbi başa vurub ali məktəbə qəbul olunmağa hazırlaşır. Muradın "Son zəng"i 287 saylı Zəkalar Liseyində olub.
Jurnalist liseyin direktoru, Əməkdar müəllim Aygün Əhmədli başda olmaqla, bütün müəllim kollektivinə, pedoqoji heyətə təşəkkür edərək, əlamətdar günlə bağlı təəssüratlarını bu cür ifadə edib:
"Bizim Muradımız da lisey təhsilini başa vurdu. Həyatın və təhsilin növbəti mərhələlərində daha böyük uğurlar arzulayırıq, əzizimiz Murad Paşa, Allah səni hər zaman muradına çatdırsın, canın sağ, ömrün uzun, bərəkətli, yolun, zehnin açıq olsun. İnşallah, bizi tələbə adınla sevindirəsən, biz sənə inanırıq!"

“Trend” İnformasiya Agentliyinin baş direktor müavini Sahil Kərimlinun oğlu Heydər Əliyev adına Liseydən məzun olub.

Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təhlükəsizliyi şöbəsinin əməkdaşı Lalə Əliyeva məzun anası olaraq qızı Ayselin uğuruna sevinir.

Dövlət Məşğulluq Agentliyi Kommunikasiya departamentinin müdir müavini - jurnalist Natiq Pənahlının oğlu 11-ci sinfi bitirən 11-cilər sırasında yer alır. Jurnalist övladı Humanitar Liseydən məzun olub.

“Pro Media Group” MMC-nin baş redaktoru Nigar Orucova oğlu Sabirin 11-ci sinfi baş vurmasının sevincini sosial şəbəkədə bölüşüb.

7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov oğlunun məzun törənindən təəssüratını belə ifadə edib:
“Şükür bu günə! Oğlum Yusif məzun oldu. Yolumuz, universitetimiz, məqsədimiz, hamısı bəllidir”.

Radio TMB 100.5FM-in əməkdaşı Pərvin Sadıqovun oğlu orta məktəbə əlvida deyərək məzun olmağın sevincini yaşayıb.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri