Icma.az
close
up
RU
Jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA

Jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bakıda müştərinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərrux Əsgərov və Rabil Tağıyevlə bağlı iddia üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra ərizəyə baxış keçirilib. İddiaçı Vest.az saytının əməkdaşı, jurnalist Maqda Kovalyova məhkəmədə çıxışı zamanı bildirib ki, o, ümumilikdə qarşı tərəfə 33268 min manat ödəniş edib: “Hövsanda təmirsiz evimiz var. Özüm Bakıda yaşadığım üçün Mingəçevirdə yaşayan valideynlərimin evi satıb Bakıya köçməsini istədim. Satılan evin pulu ilə Hövsandakı evi təmir edəcəkdik. Evin təmiri ilə bağlı Fərrux Əsgərovla razılaşdıq. Olara təmir pulu erildi. İyul ayının əvvəlində ev bizə təmirli şəkildə təhvil verilməlid idi. Lakin təmir çox çəkdi. Hər dəfə müxtəlif bəhanələrlə ev təhvil verilmədi. Biz daha sonra hüquq-mühafizə orqanlarına müraciət etdik”.

M. Kovalyova bildirib ki, 18 268 min manatı bank vasitəsi ilə köçürüb, qalan pulu (15 min manat) nağd şəkildə ödəyib: “Bank vasitəsilə etdiyim köçürmələrin qəbzi məndədir. Onu məhkəməyə təqdim edəcəm”.

Cavabdeh Rabil Tağıyev məhkəmə prosesində iştirak etməyib. Digər cavabdeh Fərrux Əsgərov məhkəmədə çıxışında bildirib ki, Rabil Tağıyevin məhkəmə prosesində iştirakı vacibdir: “İşi gecikdirən o oldu. Hər dəfə təhvil vaxtını “bu gün-sabah”a salırdı. Biz evi 1-5 iyul aralığında təhvil verməli idik. Lakin iş gecikirdi. İşin demək olar 95%-i görülüb. Cuzi işlər qalıb”.

İddiaçı tərəf bu fikirlə razılaşmayıb.

Fərrux Əsgərov bildirib ki, Maqda Kovalyova ona iddia etdiyi qədər ödəniş etməyib: “Bizə görəcəyimiz iş üçün ümumilikdə 31 382 manat ödəniş edilib”.

Maqda Kovalyova ödənişin 33 268 manat olduğunu və bu məbləği təsdiq edəcək sübutların olduğunu bildirib.

Məhkəmənin növbəti prosesi yanvarın 13-nə təyin olunub.

Qeyd edək ki, cavabdeh Fərrux Əsgərov və Rabil Tağıyev şifahi razılaşma əsasında evi təmir edib təhvil veriləcəyi ilə bağlı öhdəlik götürərək iddiaçılar Vladimir Kovalyov və Maqda Kovalyovadan ümumilikdə 33 268 manat pul alıb. Lakin o, evin təhvil vaxtını dəfələrlə müxtəlif bəhanələr gətirərək təxirə salıb. Evi tam təhvil vermədiyi üçün iddiaçı tərəf cavabdehdən evin təmiri üçün xərclənməmiş 18 min manat vəsaiti tələb edib və bununla bağlı polisə müraciət olunub. Cavabdeh tərəf onlardan vaxt istəyərək 10 gün ərzində evi təhvil verəcəklərini bildirsələr də, heç bir addım atılmayıb.

Daha sonra iddiaçı tərəf məhkəməyə müraciət edib.

Zərərçəkən şəxs bildirib ki, Fərrux Əskərov evin pəncərəsini yandırıb, pəncərə kənarlarını qırıb. Bunun səbəbini soruşduqda isə ustaların etdiyini bildirib. Bununla yanaşı, eyvanda olan 3 pəncərə də düzgün yerləşdirilməyib. Maqda Kovalyova, taksi sürücüsü kimi fəaliyyət göstərın Fərrux Əskərovun vasitəçi olduğunu bildirib.

Qeyd edib ki, Fərrux Əskərov birinci xərclər smetasında ümumi xərci 23.470 manat göstərib. Rabil Tağıyevin tərtib etdiyi smetanın məbləği isə 17.470 manat təşkil edib. Təmirə başlayan zaman Fərrux Əskərov az vəsait xərcləmək üçün ucuz inşaat materiallarından istifadə edəcəyini və öz haqqını ustaların pulundan götürəcəyini deyib: “Aydındır ki, o, smetada fərqli qiymət göstərərək bizi aldadıb”./APA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see356

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see248

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see211

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see191

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see175

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see159

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see145

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see145

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see143

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see136

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see132

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see130

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see127

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see124

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see123

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri