Jurnalistlər ANAMA nın minatəmizləmə təlimləri ilə tanış olublar
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə, 27 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və minatəmizləmə fəaliyyətinə cəlb olunmuş yerli şirkətlərin şəxsi heyətinə “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” üzrə nəzəri və praktiki dərsləri əhatə edən təlimlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlərin gedişatı, ictimaiyyətin bu sahədə məlumatlandırılması və fəaliyyətin işıqlandırılması məqsədilə ANAMA tərəfindən növbəti mediatur təşkil edilib.
Agentliyin Göygöl Regional Təlim Mərkəzində keçirilən təlimlərdə humanitar minatəmizləmə əməliyyatlarında sahənin işarələnməsi, texniki təhlükəsizlik qaydaları, minaaxtaranların vəzifə borcları, mina və partlamamış hərbi sursatların tanınması, əməliyyatlarda tətbiq edilən minaaxtarma cihazları və əl alətlərindən istifadə qaydaları, eləcə də döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, ərazinin yerüstü və cihazla yeraltı axtarılmasına dair biliklər aşılanır.
Sahədə baş verə biləcək bədbəxt hadisə zamanı zəruri ilk tibbi yardım vərdişlərinin formalaşdırılması məqsədilə sonda müdavimlərə “İlk tibbi yardım” təlimləri keçirilir.
Kursları bitirib, imtahanlardan müvəffəqiyyətlə keçən müdavimlər işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə icra edilən minatəmizləmə əməliyyatlarına öz töhfələrini verəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















