Icma.az
close
up
RU
Jurnalistlər “Coolmix”, “Qaf” markalarının istehsal prosesi ilə tanış olublar

Jurnalistlər “Coolmix”, “Qaf” markalarının istehsal prosesi ilə tanış olublar

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

“Azərsun Holdinq” jurnalistlər üçün Qafqaz Konserv zavoduna media tur təşkil edib.

Jurnalistləri qarşılayan zavod direktoru Famil Qeybullayev istehsal prosesinin bütün mərhələləri barədə qonaqları məlumatlandırıb. O qeyd edib ki, zavod keyfiyyətli məhsulları ilə ölkənin ərzaq təminatında vacib rol oynayır: “Qafqaz Konserv zavodu təkcə keyfiyyətli istehsal məhsulları ilə yox, həm də regionun iqtisadi və sosial həyatında oynadığı müsbət rolla fərqlənir. Zavodun əsas fəaliyyət istiqamətlərindən biri də yerli meyvə yetişdiriciləri ilə sıx və uzunmüddətli əməkdaşlıqdır. Bunun sayəsində fermerlər və bağ sahibləri məhsullarını sabit və sərfəli qiymətə satmaq imkanı əldə edir, bu da onların gəlir mənbəyini möhkəmləndirir və kənd təsərrüfatının inkişafına təkan verir”.

Daha sonra  məhsullardan söhbət açan Famil Qeybullayev  limonadların xüsusilə gənc nəsil tərəfindən bəyənildiyini, müsbət qarşılandığını vurğulayıb: ““Coolmix” və “Qaf” markaları 2023-cü ilin iyun ayında ilk dəfə olaraq şüşə qablaşdırmada bazara çıxarılıb. “Coolmix” markası limonad kateqoriyasında ənənəvi içki imicindən uzaqlaşaraq, daha müasir və dinamik tərzi ilə gənc istehlakçı auditoriyasının seçiminə çevrilməyi hədəfləyib. “Qaf” markası isə Xaçmaz rayonunun təbii bulaq qaynaqlarından əldə edilən, minerallarla zəngin suyu şüşə qablaşdırmada istehlakçılara təqdim edib. 2025-ci ilin iyul ayında “Qaf” markası 200 ml-lik şüşə qablaşdırmada meyvə aromalı çeşidlərini də bazara çıxarıb və bu yenilik istehlakçılar tərəfindən müsbət qarşılanıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri