Icma.az
close
up
RU
Jurnalistlər də sertifikasiya imtahanı versinlər! TƏKLİF

Jurnalistlər də sertifikasiya imtahanı versinlər! TƏKLİF

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Jurnalistlər gündəlik informasiyanı cəmiyyətə ötürən vasitəçilərdir. Onların yazdığı xəbərlər, reportajlar, televiziya və radio çıxışları, sosial mediada paylaşdıqları materiallar cəmiyyətdə rəy formalaşdırır. Cəmiyyətin müəyyən təbəqələrindən olan insanlar bir çox hallarda məhz jurnalistlərin işlətdiyi söz və ifadələri təkrarlayır, onları nitq vərdişlərinə çevirir. Bu da onu göstərir ki, jurnalistlərin dil biliyinin yüksək olması birbaşa ictimai şüura və ümumi danışıq mədəniyyətinə təsir göstərir.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli mətbuata müsahibəsində də qeyd etmişdi ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəstəyi ilə yeni Orfoqrafiya lüğətinin hazırlanmasına başlanılıb. Prosesdə yeni texnologiyadan istifadə ediləcəyini qeyd edən akademik bu sahədə mətbuatın da köməyindən yararlanacağını bildirmişdi.


"“Xalq qəzeti”, “Azərbaycan”, “Səs”, “Ədəbiyyat” qəzetlərinin 10-15 illik PDF-lərini əldə etdik.  Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının köməyilə xüsusi proqramlar hazırlandı, bizim dilimizdə olan sözlərin bazası yaradıldı. Təqribən 520 milyon söz və söz forması tapdıq. Əlbəttə, burada təkrarlar çoxdur. Bunlar hamısı yeni deyil. İndi bunlar emal edilir - məsələn, sözdüzəldici şəkilçili sözlər hansılardır - bu, bizə lazımdır, lakin sözdəyişdirici şəkilçili sözlər lazım deyil. Beləliklə, dilimizdə olan sözlərin bazasını yaratdıq”. 

Bütün bunlar onu göstərir ki, Azərbaycan dili ölkənin mədəni və milli kimliyini yaşadan ən önəmli sütunlardan biridir. Bu dildə yazan və danışan hər kəs onun qorunmasına və inkişafına töhfə versə də, jurnalistlərin üzərinə düşən məsuliyyət daha böyükdür. Çünki informasiya axınını təmin edən, cəmiyyəti maarifləndirən və dilin canlı yayımına təsir edən əsas qruplardan biri məhz jurnalistlərdir. Bu baxımdan, jurnalistlərin Azərbaycan dili üzrə sertifikasiya imtahanına cəlb olunması son günlərdə aktual müzakirə mövzusuna çevrilib. Bu təşəbbüs təkcə media sahəsində peşəkarlığı artırmaq üçün deyil, eyni zamanda ölkənin dilçilik ənənələrinə də ciddi təsir edəcək addım hesab oluna bilər.
Dil normativlərinin qorunması, yeni anlayışların cəmiyyətə düzgün çatdırılması və klassik Azərbaycan dilinin müasir jurnalistika mühitində yaşadılması jurnalistlərin üzərinə düşən əsas vəzifələrdəndir. Əgər jurnalistlər ədəbi dil qaydalarına əməl etməzsə, bu, cəmiyyət arasında dilin pozulmasına, lazımsız və yanlış ifadələrin yayılmasına səbəb ola bilər. Məhz buna görə də jurnalistlərin dil biliklərinin sertifikasiya imtahanı ilə yoxlanması, onların ədəbi dil qaydalarına nə dərəcədə əməl etdiklərini müəyyənləşdirmək üçün mühüm addım olar.
Azərbaycan dili üzrə keçiriləcək ümumi sertifikasiya imtahanında jurnalistlərin aktiv iştirakı onların peşəkarlığının artırılmasına, dil qaydalarının qorunmasına, cəmiyyətin dil səviyyəsinin inkişafına, terminologiyalardan düzgün istifadəsinə gətirib çıxaracaq.

Azərbaycan dilinin zəngin tarixi var və bu dilə müxtəlif dövrlərdə fərqli təsirlər olub. Bugünkü jurnalistika dilin müasir dinamikasını təyin edən əsas amillərdəndir. Əgər jurnalistlər ədəbi dil qaydalarına riayət edərsə və onu düzgün şəkildə işlədərsə, bu, dilçilik ənənələrinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə müsbət təsir edəcək.
Digər tərəfdən, dilin inkişafı üçün onun daim yenilənməsi də vacibdir. Yeni ifadələr, terminlər və dilin istifadəsindəki yeniliklər elmi əsaslara söykənməlidir. Sertifikasiya prosesi zamanı jurnalistlərin həm dilin tarixini, həm də onun müasir tələblərini bilməsi üçün müxtəlif təlimlər və qiymətləndirmə metodları tətbiq edilə bilər. Bu yanaşma həm dilin köklərini qoruyar, həm də müasir mediada daha yüksək keyfiyyətli materialların yayılmasına səbəb olar.
Nəticədə Azərbaycan jurnalistlərinin dil biliyinin artırılması həm medianın peşəkarlığını artıracaq, həm də ümumi dilçilik ənənələrinə töhfə verəcək. Dil canlı bir orqanizm kimi daim inkişaf edir və bu prosesdə jurnalistlərin rolu əvəzsizdir. Onların ədəbi dil qaydalarına əməl etməsi, yeni anlayışları düzgün şəkildə təqdim etməsi və cəmiyyətə nümunə olması milli kimliyimizin qorunması üçün vacib şərtlərdən biridir. 
Mətbuat Şurasının sədri Rəşad Məcid də jurnalistlərin sertifikasiya imtahanından keçməyini tövsiyə edir.
O, Modern.az-a bildirib ki, Azərbaycan dili üzrə sertifikasiya imtahanı xarici vətəndaşlarının Azərbaycanda dil biliyinin qiymətləndirilməsi məqsədi ilə yaradılıb. Eyni tendensiya ingilis, alman, rus türk dillərində də var.
“Məleykə xanımın da yazıçı və mütəxəssislərə çağırışının səbəbi dilimizə bələd olan mütəxəssislərin imtahanda iştirakı ilə müəyyən datanın yaranmasıdır. Burada da yazıçıların, jurnalistlərin iştirakı arzuolunandır, çünki orada yaradıcılıq qabiliyyəti tələb edən hissələr var və məlumat bazası üçün bu çox vacibdir. Mən də bu səbəbdən yazıçı və jurnalistlərə sertifikasiya imtahanından keçmək üçün müraciət etdim. Özüm də sınaq prosesində iştirak etmişəm. Texniki məsələlərə görə müəyyən qüsurlar olsa da, mətnlər yazdım. Eyni zamanda bir çox jurnalist  həmkarım da mənim kimi həmin sertifikasiyadan keçib. Bu imtahan prosesi Azərbaycan dilini zəif bilən xarici vətəndaşlar üçün nəzərdə tutulub deyə, bizim jurnalistlər üçün hansısa problem yaradacağını düşünmürəm. 

Bizim jurnalistlərin dil biliyinə gəldikdə isə onu deyə bilərəm ki, Azərbaycanda peşəkar, bu dildə gözəl mətnlər yazmağı bacaran və danışan jurnalistlərimiz kifayət qədərdir. Yeri düşdükcə, onlar haqqında fikrimi də bildirir və sertifikasiyadan keçmələri üçün çağırış edirəm. Düşünürəm ki, bu da bir növ vətənpərvərlik nümunəsi, dilimizə hörmət və ehtiramın göstəricisidir. Ona görə də arzu edirəm ki, jurnalistlər özlərini sınaqdan keçirsinlər, burada qorxulu nəsə yoxdur”. 
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli də sertifikasiya imtahanı haqqında fikirlərini bizimlə bölüşüb. O qeyd edib ki, Azərbaycan dili üzrə ümumi sertifikasiya məsələsi ana dilinin həssaslığını saxlamaq, onun statusunu qorumaq, insanlarda dil bilgisini artırmaq mənasında gərəkli prosedurdur.
"Düzdür, yazıçıların da sertifikasiya imtahanına cəlb olunması ilə bağlı cəmiyyətdə qeyri-müəyyənlik dalğası keçdi, insanlar tam dəqiq bu imtahanın məğzini anlamadı. Burada da səbəb yəqin ki, parametrlərin dəqiq göstərilməməsi və təbliğatın normal aparılmaması idi. Amma indiki şəraitdə hesab edirəm ki, istər jurnalist, müəllim, istərsə də digər peşə sahiblərinin, yəni ana dili daşıyıcılarının bu imtahana cəlb olunması çox normal prosesdir. Çünki mətbuat bu dəqiqə dilin işləndiyi ən qaynar nöqtədir. Jurnalistlər bu dili yaxşı bilməlidirlər və davamlı olaraq onun cilalanması, xüsusilə leksik sahədə gedən proseslərə kömək göstərməyi bacarmalıdır”.
“Dili birinci növbədə onun daşıyıcıları qorumalıdır. “Dövlət dili haqqında” Qanunda da göstərdiyi kimi, bütün vətəndaşlar Azərbaycan dilini bilməli, onun normalarını qorumalıdırlar. Aleksand Hombolt bunu çox gözəl ifadə edib. O deyirdi ki, istənilən dil o millətin, xalqın milli varlığının, milli ruhunun və mövcudluğunun ifadəsidir. Ona görə də, o ruhu diri saxlamalıyıq, dili qaynar, işlək vəziyyətdə, həm də cilalanmış, qayda-qanunlarına əməl olunmuş şəkildə saxlamalıyıq. Bu səbəbdən də istənilən peşə sahiblərinin, o cümlədən jurnalistlərin Azərbaycan dili ilə bağlı ümumi sertifikasiyadan keçməyinin tərəfdarıyam”, - deyə Q. Məhərrəmli əlavə edib.  
Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Səbinə Əliyeva isə bildirib ki, son illərdə xarici ölkələrdə və ölkə daxilində Azərbaycan dilinin əcnəbilərə tədrisi artıb, lakin bu prosesdə vahid standartların olmaması dil biliklərinin ölçülməsində çətinliklər yaradırdı:

“Bu problemin həlli üçün Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə mütəxəssislər tərəfindən Azərbaycan dilinin xarici dil kimi tədrisi və qiymətləndirilməsi üçün vahid Proqram hazırlanıb. Bu Proqram Dillər üçün Ümum-Avropa İstinad Çərçivəsinə (CEFR) əsaslanaraq, dil səviyyələrini A1-dən C2-yə qədər təsnifləşdirir və dil bacarıqlarının sistemli şəkildə ölçülməsinə imkan yaradır. Proqram sayəsində Azərbaycan dilinin xarici dil kimi öyrədilməsi vahid standartlara uyğun aparılacaq, imtahan modelləri hazırlanacaq və dil biliklərinin beynəlxalq səviyyədə tanınması asanlaşacaq. Bu addımlar Azərbaycan dilinin qlobal səviyyədə təbliği və tədrisini gücləndirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see219

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see192

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see177

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see140

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see133

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see130

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see130

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see130

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see129

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see128

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see127

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see125

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see124

Çin rabitə peykini orbitə çıxardı

22 Noyabr 2025 01:38see123

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see122

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see122

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see121

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see120

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri