Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Jurnalistlər sertifikasiya imtahanı verməlidirmi? ŞƏRHLƏR

Jurnalistlər sertifikasiya imtahanı verməlidirmi? ŞƏRHLƏR

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Heç şübhəsiz, jurnalistlər cəmiyyətə gündəlik məlumatları çatdıran və insanların rəyini formalaşdıran  peşəkarlardır. Onların təqdim etdiyi xəbərlər, reportajlar, televiziya və radio proqramları, həmçinin sosial media paylaşımları, çox vaxt cəmiyyətin düşüncə və danışıq tərzini güzgü tutur. Bu səbəbdən, jurnalistlərin dil biliyi və bacarığı vacibdir. Doğru dil istifadə edərək, onlar yalnız peşəkarlıqlarını artırmır, eyni zamanda cəmiyyətin danışıq mədəniyyətinə də müsbət təsir göstərirlər.

O da məlumdur ki, son dövrlər jurnalistlərin dil biliklərinin sertifikasiya imtahanları ilə yoxlanması təklifi də, gündəmdir. İctimai rəyə əsasən deyə bilərik ki, bu təşəbbüs, jurnalistlərin dil qaydalarına riayət etməsini təmin etməklə yanaşı, Azərbaycan dilinin qorunmasına və inkişafına da böyük dəstək ola bilər.

Azərbaycan dilinin zəngin tarixini nəzərə alaraq, jurnalistlərin düzgün və müasir dil qaydalarına əməl etməsi, həm dilimizin qorunmasına, həm də milli kimliyimizin gələcək nəsillərə ötürülməsinə töhfədir.

Jurnalist Elman Cəfərli sözügedən mövzu haqqında fikirlərini Gununsesi.info -ilə bölüşüb:

“Bu günlərdə jurnalistlərin sertifikasiya imtahanı verməsi ilə bağlı məsələ müzakirə olundu. Bu fikrin tərəfdarı olanlar hesab edir ki, əgər jurnalistlər ədəbi dil qaydalarına əməl etməzsə, bu, cəmiyyət arasında dilin pozulmasına, yanlış ifadələrin yayılmasına səbəb ola bilər. Onların fikrincə, jurnalistlərin dil biliklərinin sertifikasiya imtahanı ilə yoxlanılması onların ədəbi dil qaydalarına nə dərəcədə əməl etdiklərini müəyyənləşdirmək üçün mühüm addım olar.

Təklif edilir ki, jurnlalistlər Azərbaycan dili üzrə ümumi sertifikasiya imtahanında iştirak etsinlər. Serifkasiya imtahan jurnalistlərin peşəkarlığının artırılmasına, dil qaydalarının qorunmasına, cəmiyyətin dil səviyyəsinin inkişafına, terminologiyalardan düzgün istifadəsinə gətirib çıxaracaq.

Mənim fikrimcə, həkimlərin, müəllimlərin keçdiyi sertifaksiya imtahanı jurnalistlərə də tətbiq olunmalıdır. İmtahan qorxulu bir proses deyil. İmtahan bilik yarışıdır, savadlını savadsızdan seçmək üçün yaxşı üsuldur. 5 ildən bir müəllimlər, həkimlər sertifikasiyadan keçirlər. Mənim şəxsən tanıdığım diplomu “bazardan almış” müəllimlər var ki, imtahandan keçə bilmədilər və təhsildən uzaqlaşdırıldılar. Deməli, savadlı kadrlara yer açıldı. Arxayın oluruq ki, savadsız “pedaqoq”lar balalarımızı “kor qoymayacaqlar”.

Bir də ki jurnalistlər imtahan versələr nə olacaq ki? Jurnalist söz adamıdır, çörəyi sözdən çıxır. Azərbaycan dilindən “3” almağa layiq olmayan şəxsən tanıdığım adamlar var ki hazırda ayrı-ayrı saytlarda redaktor işləyirlər. Dilin taleyinin onların ümidinə buraxmaq olmaz.

Doğrudur, jurnalistikada diplom əsas şərt deyil, əsas yaradıcılıq qabiliyyəti və istedadın olmasıdır. Son 30 ildə Azərbaycan mətbuatında kifayət qədər tanınmış imzalar var ki, heç onlar jurnalistika fakültəsini bitrməyiblər. Amma Azərbaycan dilində səlist yazan parlaq imzaların əksəriyyəti ixtisaslı jurnalistlərdir. Bu sırada Şakir Yaqubov, Adil Qaçayoğlu, sonra Zeynal Məmmədli, Süleyman Qaradağlı, Aydın Can, Mirşahin Ağayevin adını çəkə bilərəm.

Sertifikasiya imtahanı heç kimi narahat etməməli, istedadlı insanların mətbuata yolunu kəsməməlidir. Onsuz da indi yazmaq imkanı genişdir. Sosial şəbəkələr var. Hər kəs qələmini sınamaq üçün meydan əldə edə bilər. Amma ənənəvi mətbuatda savadlı, peşəkar insanlar çalışmalıdır”.

Gununsesi.info -ya danışan Milli Məclisinin deputatı, politoloq Elçin Mirzəbəyli mövzu ilə bağlı fikirlərini belə şərh edib:

“Doğrusu, jurnalistlərin sertifikasiyadan keçirilməsi təşəbbüsü ilə tanış deyiləm və belə bir niyyətin olduğunu da düşünmürəm. Bu, real bir addım kimi görünmür. Jurnalistlərin böyük əksəriyyəti özəl sektorda fəaliyyət göstərir. Eyni zamanda, jurnalistika fakültəsində təhsil alıb bu sahəni bitirən şəxslər, ali təhsilli insanlardır.

Əgər onların dil bilikləri zəifdirsə, o zaman belə bir imtahanın tətbiqi yalnız ali məktəblərə qəbul və ya ali təhsil aldıqları dövrə aid olmalıdır. Ancaq bildiyim qədərilə, belə bir təşəbbüs yoxdur. Dövlət İdarəetmə Mərkəzinin yazıçılara müraciəti olmuşdu, amma o müraciət fərqli şəkildə qəbul edilib. Orada, əslində, gələcəkdə dövlət dili ilə bağlı imtahanlar keçirilərkən istifadə olunacaq dil biliklərinin qiymətləndirilməsi meyarlarından danışılırdı.

Yazıçılar və jurnalistlər, hər ikisi yaradıcı insanlardır və onlar Azərbaycan dilinin potensialından maksimum istifadə etməyi bacarmalıdırlar. Təbii ki, bu sahədə bacarıqlı olanlar kifayət qədərdir.

Bu baxımdan, onların yazdıqları nümunələr, esselər və digər janrda olan yazılar, gələcəkdə imtahan prosesində nümunə kimi istifadə oluna bilər. Ancaq bildiyim qədərilə, jurnalistlərin sertifikasiyadan keçirilməsi kimi bir təşəbbüs müzakirə edilmir”.

Gununsesi.info–ya danışan Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev hesab edir ki, əgər bu imtahanı hansısa qurum keçirəcəksə, onun şifahi formada həyata keçirilməsi daha yaxşı olar:

“Bu yanaşma daha çevikdir və real peşəkarlığı qiymətləndirməyə imkan verir. Bəli, Azərbaycanda bir çox peşə sahələri üzrə imtahanlar keçirilir. Ola bilər ki, bu təcrübəni daha da genişləndirmək məqsədilə jurnalistika sahəsi də bu sistemə daxil edilməyi nəzərdə tutur. Lakin jurnalistikanın özünəməxsus xüsusiyyətləri var.

Hazırda ölkədə tanınmış jurnalistlərin əksəriyyəti jurnalistika ixtisası üzrə deyil, başqa sahələr — texniki ixtisaslar və ya kənd təsərrüfatı kimi fərqli sahələr üzrə təhsil alıblar. Bu səbəbdən, jurnalistika sahəsində ixtisas uyğunluğu həlledici amil sayılmır. Əsas meyar peşəkarlıqdır. Peşəkarlığın qiymətləndirilməsi isə xüsusi hazırlanmış imtahan metodları vasitəsilə mümkün ola bilər.

Digər tərəfdən, ölkədə həm dövlətə məxsus, həm də özəl xəbər saytları fəaliyyət göstərir. Bu saytlar əsasən informasiya təqdim edir və ən çox istifadə olunan janrlardan biri də müsahibədir.

Özəl sayt rəhbərlərinin işə qəbul zamanı əsaslandığı öz kriteriyaları mövcuddur. Əməkdaş sayı çox olan saytlar da işçiləri məhz bu daxili meyarlar əsasında seçirlər.

Həmçinin, özəl internet kanalları və internet televiziyaları da işə qəbul prosesini rəhbərliyin şəxsi seçim və meyarları əsasında həyata keçirirlər. Bu səbəbdən jurnalistika sahəsində vahid bir sistem qurmaq və bu prosesi tənzimləmək bir qədər çətinləşir. Hətta işə qəbul prosesi şifahi şəkildə həyata keçirilsə belə, bu yanaşmanın ümumi şəkildə tətbiqi mürəkkəb ola bilər.

Orta məktəb müəllimləri üçün imtahan sistemi mövcud olsa da, özəl sektorda xüsusilə də jurnalistika kimi yaradıcı və dinamik sahələrdə belə bir imtahanın tətbiqi çətin görünür.

Özəl orta məktəblərin və digər oxşar təhsil müəssisələrinin müəllimləri dövlət imtahanlarından keçmirlər. Bu səbəbdən, həmin müəssisələrin rəhbərləri müəllimləri öz meyarlarına əsaslanaraq işə qəbul edirlər.

Eyni vəziyyət media sahəsində də müşahidə olunur — özəl xəbər saytlarının rəhbərləri jurnalistləri öz kriteriyalarına əsasən seçirlər. Mətbuat Şurası və digər aidiyyəti qurumlar mövcud olsa da, bu proses daha çox daxili qaydalara uyğun şəkildə həyata keçirilir”.

E. Əliyev əlavə edib ki, bəzi jurnalistlərdə narsizmə meyillilik, özündənrazılıq, verilən sualların məntiqsizliyi, qonaqdan daha çox danışmaq və daim özünü ön plana çıxarmaq kimi hallar müşahidə olunur.

O hesab edir ki, bir çox televiziya kanallarının aparıcıları yüksək peşəkarlıq səviyyəsinə malik deyillər:

“Bu sıraya İctimai Televiziya, Xəzər Televiziyası və digər yerli kanalları da əlavə etmək olar. Ziyalılıq prizmasından baxdıqda, bu bizi heç vaxt tam qane etmir. Əslində, onların arasında ciddi bir fərq yoxdur. Sadəcə olaraq, birində daha çox azadlıq tanınır, digərində isə daha məhdud çərçivədə hərəkət imkanı mövcuddur.

Bu səbəbdən, həmin televiziya kanallarında baş verənlər fərqli bir prosesin tərkib hissəsidir. Hətta elə hallar olur ki, internet televiziyalarında çıxış edən jurnalistlər qarşısındakı şəxsi danlayır, ona öyüd-nəsihət verir. Halbuki jurnalistikada bəlli prinsiplər olmalıdır.

Hazırda bu məsələlərin hələ də düzgün nizamlanmadığı görünür və bu, cəmiyyətə ciddi təsir göstərir. Artıq o dövrə gəlib çatmışıq ki, analitik yazılar, fəlsəfi məqalələr və intelektual debatlar demək olar ki, yoxa çıxıb. Efirə yalnız eyni simalar dəvət olunur və bütün müzakirələr şəxsi münasibətlər çərçivəsində aparılır. Bu isə jurnalistikanın prinsiplərinə tamamilə ziddir, hətta dövlət televiziyalarında belə vəziyyət müşahidə olunur.

Televiziya verilişlərinə yalnız rəhbərliyə yaxın olan şəxslər dəvət olunur. Əgər biri rəhbərliklə münasibət qurmamışsa, onu efirə buraxmırlar – istərsə də Nobel mükafatı laureatı olsun, bunun heç bir əhəmiyyəti yoxdur. Bu isə jurnalistikanın mahiyyətinə tamamilə ziddir.

Bu sahədə ciddi problemlər mövcuddur – həm kadr hazırlığında, həm də ümumilikdə təhsil sistemində. Məsələn, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunlarına nəzər saldıqda, bu qədər illər ərzində neçə tanınmış jurnalist yetişib? Təhsil sistemində problemlər və müəllim çatışmazlığı hələ də qalır.

Nəticə etibarilə, bu sahədə çalışanların əksəriyyəti jurnalistika üzrə peşəkar təhsil almadan, sadəcə “jurnalist” adı və statusu ilə fəaliyyət göstərirlər”.

E.Əliyev sonda jurnalistikada peşəkar tələblərin və fərqləndirici keyfiyyətlərin olmamasına toxunub.

” Jurnalistikanın asan peşə deyil. Həm yazı yazmalısan, həm müsahibə götürməlisən, həm də analitik və tənqidi düşüncəyə malik olmalısan. Amma bu sahədə hələ də konkret tələblər formalaşmayıb. Ortada ciddi bir standart yoxdur, ona görə də hamı bir-birinə bənzəyir. Vaxtilə, 15-20 il əvvəl dəyərli köşə yazıları yazılırdı, amma indi onlara da rast gəlmək olmur. Fərqləndirici cəhətlər, orijinal yanaşmalar, peşə tələbləri – demək olar ki, yoxdur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:315
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Aprel 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri