Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Jurnalistlər modern kimya müəssisəsində

Jurnalistlər modern kimya müəssisəsində

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yenilənmiş Etilen-Polietilen Zavodunun məhsullarına tələbat yüksəkdir

20 Sentyabr – Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna mediatur təşkil olundu. Ölkənin aparıcı media qurumlarının nümayəndələrinin iştirak etdikləri səfər zamanı əvvəlcə zavodun fəaliyyəti, istehsal imkanları və son illər burada həyata keçirilən modernizasiya layihələri barədə ətraflı məlumat verildi.

Qeyd olundu ki, müəssisənin tərkibində etilen, polietilen, eləcə də buxar və elektrik enerjisi istehsalı sahələri fəaliyyət göstərir. Rekonstruksiya və modernizasiya işlərindən sonra müəssisədə istehsalın həcmi xeyli artırılıb. 2001-ci ildə istismara verilmiş buxar və elektrik enerjisi istehsalı sahəsi isə zavodun istehsalat ərazilərinin buxar və elektrik enerjisi ilə təmin olunmasına xidmət edir.

“Azərkimya” İstehsalat Birliyində istehsal olunan məhsullar Türkiyə bazarının tələbatının ödənilməsində mühüm rol oynayır. Bundan başqa, Estoniya, Çin və Mərkəzi Asiya ölkələrinə də tədarüklər həyata keçirilir.

Diqqətə çatdırıldı ki, ölkə Prezidentinin 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2016-cı ildən Etilen-Polietilen zavodunun “EP-300” qurğusunda genişmiqyaslı modernizasiya işlərinə başlanılıb. Layihənin əsas məqsədi Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “SOCAR Polymer” kompleksinin etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla dayanıqlı təminatını həyata keçirmək olub.

İstehsal üçün istifadə olunan xammal birbaşa SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodundan daxil olur. Bu baxımdan Etilen-Polietilen Zavodu xam neftin hasilatından polimer istehsalına qədər uzanan SOCAR-ın vahid dəyər zəncirinin mühüm həlqələrindən biri hesab olunur.

Modernləşmə layihəsi çərçivəsində yeni anbarlar, hidrogenin zənginləşdirilməsi qurğusu, propan-propilen fraksiyaları qurğuları, dörd yeni piroliz sobası, M-4 turbokompressoru, selektiv hidrogenləşmə reaktorları, müxtəlif nasoslar və digər avadanlıqlar istismara verilib. 2020-ci ildə aparılan əsaslı təmir zamanı yeni qurğu və avadanlıqlar mövcud “EP-300” qurğusuna inteqrasiya edilib və müəssisənin yüksək məhsuldarlıqla fəaliyyəti təmin olunub. Bunun da nəticəsində gündəlik xammal emalının həcmi orta hesabla 2 min 500 tona çatdırılıb. Hazırda burada etilen üzrə gündəlik istehsal 630 ton, propilen üzrə isə 550 ton təşkil edir. Aparılan yenidənqurma işlərindən sonra əsas məhsullar üzrə faktiki istehsal həcmləri, ümumilikdə, iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artıb.

Media nümayəndələrinə məlumat verildi ki, 2025-ci ildə “Azərikimya” İB-nin ümumu istehsal gücünün 86 faizindən istifadə edilib. Cari ildə isə bu göstəricinin 85 faizdən çox olması gözlənilir.

Mediatur zamanı müəssisədə həyata keçirilən ekoloji layihələr, o cümlədən karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, əsas hədəflərdən biri istehsal prosesində yaranan karbon qazının tutulması və təkrar xammal kimi istifadəsidir. Tutulan karbon emissiyalarının isə SOCAR-ın Karbamid Zavoduna yönəldilməsi nəzərdə tutulur.

Eyni zamanda, normal əməliyyat rejimində məşəl sistemində yalnız texnoloji təhlükəsizlik üçün zəruri qazlar yandırılır, emissiyalar isə xüsusi monitorinq sistemləri vasitəsilə izlənilir. Həmçinin “SOCAR Polymer”in polipropilen və yüksək sıxlıqlı polietilen qurğularında yaranan təsirsiz püskürmə qazları təkrar istifadə olunur. Bunun üçün “Azərikimya” ilə “SOCAR Polymer” arasında çəkilmiş 4 kilometrlik boru xətti vasitəsilə qazlar yenidən istehsalata qaytarılır.

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli bildirdi ki, müəssisədə cihazlaşdırma və avtomatlaşdırma layihəsinin mühəndislik mərhələsi artıq 98 faiz tamamlanıb. Qeyd olundu ki, növbəti ildən etibarən sahədə fiziki quraşdırma və təmir-tikinti işlərinə başlanılacaq. Baş direktor, həmçinin layihə başa çatdıqdan sonra zavodun idarəetmə sistemlərinin tam avtomatlaşdırılacağını, əməliyyatların təhlükəsizliyinin və etibarlılığının daha da yüksələcəyini diqqətə çatdırdı.

Onun sözlərinə görə, “Azərkimya” Neft Emalı Zavodu ilə “SOCAR Polymer” arasında mühüm əlaqələndirici rol oynayır və daxil olan yüngül fraksiyaları emal edərək polimer istehsalı üçün əsas xammal təmin edir. E.Məmmədli daha sonra qeyd etdi ki, texniki təkmilləşdirmələr nəticəsində əsaslı təmir işlərinin intervalı hər ildən iki ildə bir dəfəyə qədər artırılıb ki, bu da xərclərin optimallaşdırılmasına imkan yaradıb.

“Azərikimya” İstehsalat Birliyinin əməliyyatlar üzrə meneceri İlqar Qurbanov bildirdi ki, əvvəllər istehsalat prosesində yan məhsul kimi əldə olunan hidrogen məşəl sistemində yandırılaraq atmosferə buraxılırdı. İndən belə isə, hidrogen qazının boru xətləri vasitəsilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “Azerfloat” müəssisəsinə nəqli və satışı nəzərdə tutulur. Qeyd olundu ki, artıq layihə sənədləri tam hazırlanıb və Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq təsdiqlər alınıb. Hazırda isə hidrogenin nəql olunacağı boru xətlərinin çəkilişi həyata keçirilir. Onun sözlərinə görə, hidrogenin satışı həm “Azərikimya” üçün əlavə gəlir yaradacaq, həm də şüşə istehsalının artırılmasına imkan verəcək.

Hidrogendən istifadənin “Azerfloat”ın istehsalatında karbon emissiyalarının minimuma endirilməsinə də şərait yaradacağnı diqqətə çatdıran İ.Qurbanov onu da bildirdi ki, bu layihə nəticəsində daha aşağı karbon izinə malik şüşə istehsal etmək və həmin məhsulların Avropa bazarlarına daha rahat və rəqabətqabiliyyətli şəkildə çıxarılmasına imkan yaratmaq mümkün olacaq.

"Azərikimya" İstehsalat Birliyinin proses üzrə direktoru Samir Səlimli qeyd etdi ki, hazırda 1900 nəfərin çalışdığı zavodda il ərzində 190 min ton etilen, 187 min ton propilen və 120 min ton polietilen istehsal edilir. Bununla yanaşı, “Polimir-120” qurğusunda aşağı sıxlıqlı polietilen istehsalı həyata keçirilir. Enerji təsərrüfatının istehsal gücü isə saatda 480 ton buxar və 68 meqavat elektrik enerjisi təşkil edir.

Daha sonra media nümayəndələri zavodun istehsalat sahələri ilə tanış oldular.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see251

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see243

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see233

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see233

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see225

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see218

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see213

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see212

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see210

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see209

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see208

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see202

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see192

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see191

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see186

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see181

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see178

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri