Jurnalistlərə verilən yubiley medalı Qızıl suyuna çəkilmiş bürüncdür
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir neçə gündür jurnalistlər və media ilə əlaqəli şəxslər “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif olunur.
Budəfəki təltifetmənin miqyası xeyli genişdir. Belə ki, media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya mətbuatla əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları təltif edilirlər.
Xatırladaq ki, medal 20 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilib. Yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoruna verilib.
Modern.az-ın məlumatına görə, jurnalistlərə verilən yubiley medalı bəzilərinin düşündüyü kimi adi metaldan deyil.
Belə ki, bu barədə müvafiq qanunvericilikdə xüsusi qeyd var. Orada bildirilib ki, sözügedən yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 31 Dekabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















