Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“Həkim məsləhəti” rubrikamızda

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi FOTO

Bakıda çəkilmiş xarici filmlər

Bakıda çəkilmiş xarici filmlər

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Bakı hər zaman Qafqazın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri sayılıb. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində neft sənayesinin sürətli inkişafı Bakıda “Art Nouveau” üslubunda çoxlu gözəl binaların tikilməsinə  səbəb oldu. Nəticədə paytaxtımız özündə həm Şərq, həm də Qərb sivilizasiyalarını birləşdirən unikal mədəniyyət mərkəzinə çevrildi. Bakının hər iki məkanı: həm köhnə Bakı-İçərişəhər, həm də müasir, yeni Bakı sivilizasiyaların sintezi baxımından hər zaman dünyanın diqqət mərkəzində olub. 

Hələ SSRİ dövründə məşhur sovet kinorejissorları Bakının bu qiymətli özəlliyindən yararlanır, filmlərində əsasən,  Şərq koloritini canlandırmaq üçün Bakıya üz tuturdular. 

 Qədim, müasir və sirli Bakı 

Qədim Bakı bir vaxtlar sovet və Qərb istehsalı olan bir çox populyar filmlərin çəkiliş meydançasına çevrilmişdi. Bu filmlərdən biri də Aleksandr Belyayevin elmi fantastika janrında qələmə aldığı dünyaca məşhur "Amfibiya adam" əsərinin motivləri üzərində çəkilmiş filmdir. Həmin əsərin film ssenarisi kimi işlənməsi ideyası həm sovet, həm də Hollivud rejissorları tərəfindən dəfələrlə təklif edilmişdi. Lakin o zaman heç bir tərəf bu məsuliyyəti boynuna götürməyə cəsarət etmədi. Çünki həmin illərdə nə Qərbin, nə də SSRİ-nin sualtı çəkiliş təcrübəsi yox idi. Nəhayət, sovet mütəxəssisləri sırf Hollivudu qabaqlamaq məqsədilə “Amfibiya adam”ın ssenarisi üzərində işləməyə başladılar.

Rejissorların qarşısında duran ən çətin məsələ xaricə getmədən xarici liman şəhərini canlandırmaq idi. Çoxlu götür-qoydan sonra seçim Bakının, daha dəqiqi, tarixən, Şirvanşahlar dövlətinin paytaxtı olan İçərişəhərin orta əsrlərə aid bir məhəlləsinin üzərinə düşdü.  Filmdə Buenos-Ayres kimi qələmə verilən qədim liman şəhərinə aid epizodlar məhz, İçərişəhərin küçələrində çəkilib. Eləcə də filmdə yer alan bir sıra kütləvi səhnələr də Bakı sakinlərinin iştirakı ilə canlandırılıb. 

Çəkilişlərinin mühüm bir hissəsinin Bakıda baş tutduğu digər məşhur sovet filmi “Brilyant əl” kriminal komediyasıdır. Əfsanəvi filmin rejissoru Leonid Qayday filmdə İstanbul şəhərini canlandırmaq üçün ən uğurlu tapıntı kimi Bakıya, İçərişəhərə üz tutmuşdu. İçərişəhərdə aparılan çəkilişlər zamanı İstanbula aid səhnələrin daha təbii alınması üçün əlavə olaraq məscid və minarə maketlərindən də istifadə olunmuşdu. 

Bakıda filmə çevrilən daha bir məşhur əsər Korney Çukovskinin klassik əsəri əsasında çəkilmiş “Aybolit-66” nağıl filmidir. Film ən populyar sovet ulduzlarını bir araya toplayıb. Aybolit roluna Oleq Yefremov, Barmaley roluna filmin rejissoru Rolan Bıkov, epizodik rollara isə Radner Muratov, Aleksey Smirnov kimi tanınmış aktyorlar həyat verib. Obrazlı desək, bu filmdə sevimli Bakımız qızmar Afrika rolunu oynayıb. Filmdəki bəzi epizodlar isə Azərbaycanın İranla sərhədində - Astarada çəkilib. 

Sivilizasiyaların qovuşduğu yer

Bakıda “dünyaya gələn” məşhur ekran əsərlərindən biri də “Tehran-43” casus-detektiv filmidir. Sözügedən filmi diqqətəlayiq edən ən önəmli məqamlardan biri bu əsərdə  sovet aktyorlarından başqa, Alen Delon kimi dünya şöhrətli ulduzların yer alması idi. SSRİ, İsveçrə və Fransa üçlüyünün birgə istehsalı olan filmin çəkilişlərinin İranda aparılması planlaşdırılmışdı. Lakin 1980-ci ildə Tehranda baş verən islam inqilabı layihənin həyata keçirilməsinə maneə oldu. Rejissorlar isə müdrik davranaraq, çəkiliş üçün İranla çoxəsrlik ortaq mədəniyyətə malik olan Azərbaycanı seçdilər. Bu seçim isə SSRİ-nin ən uğurlu filmlərindən daha birinin işıq üzü görməsinə səbəb oldu. 

Haqqında danışacağımız növbəti filmin Bakıda çəkildiyini bəlkə də çox az adam bilir. Bu, hansı film olsa yaxşıdır?  Söhbət 1850-ci illərin vəhşi Amerika həyatını təsvir edən "Başsız atlı" qorxu-macəra filmindən gedir. Mayn Ridin eyniadlı romanı əsasında ekranlaşdırılan filmdəki geniş çöllər, meşə yanğını, torpaq yollarda hərəkət edən at arabaları, pambıq tarlaları kimi epizodlar Azərbaycanda lentə alınıb. Doğrudur, zəngin Azərbaycan təbiətində Şimali Amerikaya məxsus kaktuslar olmasa da filmin yaradıcıları onların plastik formalarını hazırlamışdılar. 

Ümumilikdə isə tam Azərbaycanda çəkilən ilk xarici film 1912-ci ildə gürcü rejissoru Vasili Amaşukelinin "Akaki Tseretelinin Raça-Leçxumiya səyahəti" filmidir. Bundan başqa ilk xarici filmlərdən olan gürcü rejissor İvan Peristianinin 1926-cı ildə çəkdiyi "Knyajna Şirvanskayanın cinayəti" filminin də çəkilişləri Azərbaycanda aparılıb. Rejissorlar Boris Barnet və Səməd Mərdanovun "Mejrabpomfilm" və "Azərfilm"in birgə istehsalı olan "Ən mavi dənizin sahilində" filmi də 1935-ci ildə Bakıda ekranlaşdırılıb. 

Ceyms Bond Bakı haqqında: “Qeyri-adi şəhər, gözəl insanlar...” 

1999-cu ildə rejissor Maykl Eptedin “Ceyms Bond - Agent 007" silsiləsinin on doqquzuncu detektiv-macəra filmi "Dünya kifayət deyil" filminin bir çox səhnələri də Bakıda - Bibiheybət qəsəbəsində çəkilib. Xatırladaq ki, bu yaxınlarda "Agent 007" rolunun ifaçısı Pirs Brosnanın Bibiheybət qəsəbəsində çəkilmiş fotosu yayılmışdı. Ceyms Bond kimi tanınan İrlandiya əsilli aktyorun fotosu 1,9 milyon izləyicisi olan "007" adlı rəsmi "İnstagram" səhifələrində paylaşılmışdı. Qeyd edək ki, P. Brosnan müsahibələrinin birində Azərbaycanda güllələnmə səhnəsinin çəkilişlərini xatırlayaraq: 

"Azərbaycanda bizi olduqca səmimi qarşıladılar. Bu təcrübə, düzünü desəm, çox qeyri-adi idi. Biz yollarda çılğıncasına, sürətlə maşın sürür və hər yerdə neft buruqlarını, neft emalı zavodlarını görürdük. Bu, qeyri-adi mənzərə idi, üstəlik, film üçün işimizə çox yaradı. Həmçinin, çox gözəl insanların əhatəsində xoş axşam yeməyini də xatırlayıram" - demişdi.

Bundan başqa 1986-cı ildə Çili rejissoru Sebastyan Alarkonun "Çili üzərində gecə" və Nobel mükafatçısı yazıçı Mario Varqas Lyosanın "Şəhər və itlər" romanı əsasında ekranlaşdırdığı "Yaquar" filmlərinin bəzi hissələri də Bakıda çəkilib.

Dünya şöhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevin romanlarının motivləri əsasında 2002-ci ildə çəkilmiş 13 seriyalı "Dronqo" filmi də ölkəmizdə çəkilmiş filmlər sırasındadır. Rejissor Zinovi Royzmanın rejissorluğu ilə ekranlaşdırılmış filmdə gürcü və rus aktyorları ilə yanaşı, azərbaycanlı aktyorlar - Pərviz Məmmədrzayev, Həmidə Ömərova, Ötkəm İsgəndərli, Sadıq Əhmədov, Firdovsi Atakişiyev, Kamran Yunis, Məbud Məhərrəmov və Anar Heybətov da rol alıb. 

Beləliklə, deyə bilərik ki, xarici rejissorları Bakıya gətirən əsas səbəblər Azərbaycanın çoxəsrlik qədim tarixinin bu  günümüzdə də maddi sənət nümunələri kimi qorunub saxlanılması, ölkəmizin çoğrafi və mədəni baxımdan Şərqlə Qərbin vəhdəti kimi tanınmasıdır. 
 

Murad Köhnəqala

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see322

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see272

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see266

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see245

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see242

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see242

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see229

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see199

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see189

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see188

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see187

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see186

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see185

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see176

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

14 Sentyabr 2026 17:33see175

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see172

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see170

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see169

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see167

Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi FOTO

14 Sentyabr 2026 18:44see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri