Jurnalistlərin helikopteri qəzaya uğradı 3 nəfər öldü
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin Los-Anceles şəhərində televiziya şirkətinə məxsus helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb.
Modern.az xəbər verir ki, NBC News-un məlumatına görə, qəza ötən gecə şəhərin şimal-qərbindəki Çatsvort rayonunda baş verib.
Məlumata görə, jurnalistlər həmin ərazidə baş vermiş başqa bir yol-nəqliyyat hadisəsini işıqlandırarkən telekanala məxsus helikopter qəzaya uğrayıb.
Helikopter yaxınlığındakı avtomobil dayanacağına düşüb.
Yanğın orada park edilmiş bir neçə avtomobilə də keçib.
Üç nəfər hadisə yerində ölüb, daha bir yaralı xəstəxanaya çatdırılıb.
Helikopterin qəzaya uğramasının səbəbi hələ müəyyən edilməyib. Hadisəni ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) araşdıracaq.
Baxış sayı:129
Bu xəbər 16 Sentyabr 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















