Icma.az
close
up
RU
Kabil fəlakətlə üz üzə: şəhər 2030 cu ildə tamamilə susuz qala bilər

Kabil fəlakətlə üz üzə: şəhər 2030 cu ildə tamamilə susuz qala bilər

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son on ildə Əfqanıstanın paytaxtında yeraltı suların səviyyəsi 30 metr aşağı düşüb

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər içməli suyun tamamilə yox olması təhlükəsi ilə üz-üzədir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian”da dərc olunan “Mercy Corps” beynəlxalq humanitar təşkilatının hesabatında qeyd edilib.

Ekspertlərin fikrincə, son on ildə Əfqanıstanın paytaxtında yeraltı suların səviyyəsi 30 metr aşağı düşüb. Belə kritik vəziyyətin səbəbləri sürətli urbanizasiya və iqlim dəyişikliyinin təsirləridir. Artıq şəhərin quyularının təxminən yarısı quruyub və su sərfiyyatının həcmi su ehtiyatlarının təbii doldurulma sürətini xeyli üstələyir. İllik kəsir təxminən 44 milyon kubmetr təşkil edir.

Davam edən tendensiya yeddi milyon şəhər sakininin həyatı üçün fəlakətli nəticə vəd edir.

Əfqanıstandakı “Mercy Corps”un direktoru Den Karrinin sözlərinə görə, suyun olmaması əhalinin məcburi köçkünlüyünə gətirib çıxarır, beynəlxalq ictimaiyyətin yardımının olmaması isə miqrasiya problemlərini və sosial çətinlikləri daha da gücləndirir.

Çatışmazlığa əlavə olaraq, qalan suyun keyfiyyəti ciddi narahatlıq doğurur: yeraltı mənbələrin demək olar ki, 80%-i kanalizasiya, duz və arsenlə çirklənib ki, bu da mayeni təhlükəsiz istehlak üçün yararsız edir. Sakinlər gəlirlərinin əhəmiyyətli bir hissəsini təmiz su almağa xərcləməyə məcburdurlar - ailə büdcəsinin üçdə birinə qədəri buna sərf olunur. Bəzi ailələr kommunal ödənişlər səbəbindən yığılmış borclara görə maddi sıxıntı yaşayırlar.

Özəl təchizatçılar yaranmış vəziyyətdən sui-istifadə edərək, süni qıtlıq yaradır və suyu baha qiymətə satırlar. Yerli sakinlərdən biri Nəzifə şikayət edib ki, su təchizatının qiyməti qısa müddət ərzində sözün əsl mənasında iki dəfə artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri