Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Kabus görən Hariton TikTok un ulduzu oldu: Sahibi a heyrətamiz təfərrüatı danışdı

Kabus görən Hariton TikTok un ulduzu oldu: Sahibi a heyrətamiz təfərrüatı danışdı

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Sevimli ev heyvanınıza baxaraq onun sizinlə danışa bilməsini nə qədər tez-tez arzulamısınız? Xoşbəxtlikdən, texnologiya inkişaf edir və artıq dördayaqlı dostlarımız üçün xüsusi səs düymələri mövcuddur.

Bu gün "TikTok" və "Instagram"da sahibləri ilə "danışan" pişik və itlərin əyləncəli videolarına tez-tez rast gəlinir. Sosial şəbəkələrin ulduzlarından biri də Hariton (@hariton.cat) adlı ekzotik qısatüklü pişikdir. Onun "TikTok" hesabı artıq 16.5 milyondan çox bəyənmə toplayıb.

Pişiyin sahibi Yuliya Oxu.Az-a verdiyi eksklüziv müsahibədə Haritonun təlim prosesi və qeyri-adi davranışları barədə danışıb.

Düymələri tez mənimsəyən ağıllı pişik

Yuliyanın sözlərinə görə, Haritonun intellektual qabiliyyəti hələ balaca vaxtlarından özünü büruzə verib:

"Təsadüfən "YouTube"da danışmaq üçün düymələrdən istifadə edən Billi adlı pişiyin videosuna rast gəldim. Maraqlı eksperiment kimi görünürdü. Haritonun nə qədər ağıllı və ünsiyyətcil olduğunu yoxlamaq istədim. Beləliklə, düymələrlə təlimə başladıq".

Cəmi bir gün ərzində Hariton "yemək istəyirəm" düyməsini mənimsəyib. Ən maraqlısı isə onun düymələrə təsadüfi yox, məntiqli şəkildə - yalnız ac olduqda basması idi. Bu da göstərirdi ki, Hariton cihazın iş prinsipini tez anlayıb və müstəqil şəkildə istifadə etməyə başlayıb.

Lakin zaman keçdikcə Hariton ailəni daha da çox təəccübləndirməyə başlayıb. Onun maraq dairəsinə yalnız gündəlik mövzular deyil, insan qavrayışını aşan hadisələr də daxil idi.

Hariton kabuslarmı görür?

"Hariton gecələr tez-tez nəyəsə reaksiya verir, bu isə ailəmizi qorxudur. Bəzən düymələri yığışdırmağı unuduram və o, "burada", "pişik", "qorxulu", "kömək et", "insan" kimi düymələrə basır. Mən "qorxmaq lazımdırmı?" deyə soruşanda, dərhal "yox" cavabını verir. Elə təəssürat yaranır ki, o, mənim görə bilmədiyim bir şeyi görür, lakin eyni zamanda məni sakitləşdirməyə çalışır. Bu, yəqin ki, bizim ən qəribə və yaddaqalan "söhbətimiz" idi", - deyə Yuliya bildirib.

Əvvəllər mistikaya skeptik yanaşan Yuliya, Haritonun davranışlarını müşahidə etdikdən sonra bu sahəyə münasibətini dəyişdiyini etiraf edib:

"Xüsusilə gecələr Hariton özünü qəribə aparır, görünməz bir şeyə baxır, sanki bizim görə bilmədiyimiz aləmi qavrayır. İndi düşünürəm ki, pişiklər, doğrudan da, bizə məlum olmayan dünyanı hiss edə bilirlər. Hariton bunun parlaq nümunəsidir".

@hariton.cat #харитон #cat #talkingbuttons #straykids #funnycat #catsoftiktok #straykidsstay #catplay #дрессировкакота #reactioncat #reaction #talkingcat #cat #говорящийкот ♬ Spooky, quiet, scary atmosphere piano songs - Skittlegirl Sound

"O tez-tez görünməz bir şeyə reaksiya verir, özünü qəribə aparır, xüsusilə gecə, sanki bizim görmədiyimiz şeyləri görür, - pişiyin sahibəsi deyir. - İndi düşünürəm ki, pişiklər, həqiqətən də, bizim əlçatmaz olduğumuz dünyanı qavramaq qabiliyyətinə malikdirlər. Və Hariton bunun parlaq nümunəsidir. Xalq arasında pişiklərin kabus gördüyü əbəs yerə deyilmir".

Haritonun paranormal hadisə barədə məlumat verdiyi konkret hal haqqında sual verildikdə Yuliya daha ətraflı cavab verdi:

"Bu, gündüz vaxtı baş verdi. Hariton birdən ardıcıl olaraq: "burada", "pişik", "bax", "qorxulu" düymələrinə basmağa başladı. Bu zaman o, fasiləsiz olaraq bir nöqtəyə baxırdı. O zaman mən, həqiqətən, qorxdum. O tez-tez başqa bir bığlını "gördüyünü" "deyir". Haritondan əvvəl bizdə Britaniya pişiyi yaşayırdı, ola bilsin ki, bu onun kabusudur. Bu hadisə məni Haritonun, həqiqətən də, bizim qavrayışımıza əlçatmaz olan bir şey görə biləcəyi barədə ciddi düşünməyə vadar etdi".

Evdə pişiyi narahat edən xüsusi bir yer var - sosial şəbəkələr üçün videoların çəkildiyi otaq.

"Onun üçün bu, aşkar şəkildə narahat bir məkandır. O tez-tez orada nəsə görür və özünü çox ehtiyatlı aparır. Bəzən əsəbiləşməyə başlayır və daim müəyyən bir küncə baxır, sanki orada kimsə var. Buna görə də biz hətta kirayə mənzildən köçməyi planlaşdırırıq", - Yuliya izah edir.

Maraqlıdır ki, Hariton təkcə məkanlara deyil, həm də insanlara qarşı qeyri-adi həssaslıq göstərir.

"Əgər insan ona xoş gəlmirsə və ya səmimi davranmırsa, o dərhal hiss edir. Elə hallar olub ki, kimsə bizə gəlib və Hariton dərhal "qəzəbli" düyməsinə basıb. Mən bunu çəkmək üçün kameranı çıxarmağa belə macal tapmırdım", - sahibə danışır.

Haritonun hesabının izləyiciləri şərhlərində öz ev heyvanlarının mistik qabiliyyətləri haqqında öz hekayələrini fəal şəkildə paylaşırlar.

"Bir çox insan yazırdı ki, onların pişikləri də kimisə və ya qeyri-adi bir şey görürlər. Pişiklər, həqiqətən də, bizim görmədiyimiz şeyləri hiss edirlər", - Yuliya təsdiqləyir.

Rufina Abdullayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:427
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri