“TikTok”un sahibi süni intellekt çiplərinə 12 milyard dollar xərcləyəcək
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Ayşən İmanova/Banco.az
“TikTok” sosial şəbəkəsinin sahibi olan Çinin “ByteDance” şirkəti süni intellekt modelinin hazırlanması üçün 2025-ci ildə çiplərə 12 milyard dollar xərcləmək niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yarımkeçiricilərin təxminən 60%-i “Huawei” kimi Çin şirkətlərindən alınacaq, qalanı isə “Nvidia” çiplərinə sərf olunacaq.
Ən sərfəli kredit üçün müraciət etNəşr qeyd edir ki, Çində süni intellekt sahəsində lider kimi tanınan “ByteDance”, əsas modelini öyrətmək, həmçinin süni intellekt xüsusiyyətlərini müxtəlif platformalarda tətbiq etmək üçün öz süni intellekt infrastrukturunu qurmaq səylərini gücləndirir.
FT-nin qeyd etdiyi kimi, bu cür planlar Çin şirkətlərinin strateji əhəüümiyyətli texnologiyaların inkişafının qarşısını almaq üçün ABŞ-nin ixrac nəzarətini gücləndirməsi kimi çətinliklərlə üzləşə bilər.
Baxış sayı:138
Bu xəbər 24 Yanvar 2025 03:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















