Icma.az
close
up
RU
Kadi az qala Qarabağ a gəlməyinə peşmandır: Braziliyadan maraqlı açıqlama

Kadi az qala Qarabağ a gəlməyinə peşmandır: Braziliyadan maraqlı açıqlama

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın yeni transferi Kadi Borges Macarıstan mətbuatına müsahibə verib.

Apasport.az xəbər verir ki, onun sözləri birmənalı qarşılanmayıb.

Yarımmüdafiəçi "Ferensvaroş"dan ayrılacağını gözləmədiyini, "Qarabağ"a transferin onun üçün sürpriz olduğunu söyləyib.

- “Ferensvaroş” müqaviləni ləğv edəndə hər kəs təəccübləndi. Nə baş verdi?
- Mənim üçün də sürpriz oldu. Ertəsi gün evdə oyunumuza hazırlaşırdım ki, idman direktorumuz Tamaş Haynal mənə zəng etdi və dəyişdirilmək istəyib-istəmədiyimi soruşdu. Dedim ki, əgər klub və mənim üçün yaxşı olarsa, bəli. Əvvəlcə onun mənimlə danışıqlara başlayacağını düşündüm, amma tez başa düşdüm ki, iş artıq son mərhələdədir. Agentimə zəng etdim, o da heç nə bilmirdi. Bir-birimizə suallar verdik, bunu izah edəcək bir şey tapmağa çalışdıq. Səbəbləri hələ də anlamırıq, bu, klubun qərarı idi.

- Siz ayrılmaq istəmirdiniz?
- Ötən ilin yayında gəldim və uzunmüddətli müqavilə imzaladım. Ayrılmaq üçün heç bir səbəb olmadığı üçün heç vaxt bu barədə xahiş etməmişəm. Bu danışıqlar klublar arasında olub, onların qərarı olub.

- Klubdan getməyiniz üçün sizə səbəb göstərdilərmi?
- Xeyr, heç nə demədilər. Düşünürəm ki, daha məni klubda istəmirdilər və ona görə də məsələyə belə yanaşdılar.

- Yeni baş məşqçi Robbi Kinin gəlişi vəziyyətinizə təsir etdimi?
- Düzünü desəm, bilmirəm. Baş məşqçinin bundan xəbəri olub-olmadığını bilmirəm.

- “Ferensvaroş” da “Qarabağ”dan Julio Romaonu aldı. Güman edirəm ki, arxa planda dəyişikliklə bağlı razılıq gedib…
- Bəli, mən də belə düşünürəm. Artıq Julio Romao ilə danışıqlara başlamışdılar və “Qarabağ” pul istəmədiyi üçün mənimlə dəyişməyi təklif etdilər.

- Ayrıldığınız üçün peşman deyilsiniz?
- Bir daha deyirəm, mən ayrılmağı xahiş etmədim, rəhbərlik bunu istədi. Düşünürəm ki, komanda yoldaşlarımla bir-birimizi artıq çox yaxşı başa düşürdük. Hər bir idmançıya uyğunlaşmaq üçün vaxt lazımdır. Heç nəyə peşman deyiləm, əlimdən gələni etmişəm, hər zaman hamıya hörmət etmişəm. Bu, klub üçün kifayət etmədisə, problem yoxdur.

- Daha əvvəl 2021/2022 mövsümündə “Qarabağ”da çıxış etmisiniz və Azərbaycanı ikinci vətəniniz adlandırırdınız. Ora qayıtdığınız üçün xoşbəxtsiniz?
- Onlar tək mənə yox, bütün futbolçulara hörmət edir, qiymətləndirir, inanırlar. Ürəyim rahat və sakitdir. Yenidən burada olmaqdan çox şadam. İndi diqqətimi məşqlərə cəmləmək vaxtıdır. Mümkün qədər tez meydançaya qayıtmağa çalışacağam. Komandama təkcə qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə məqsədlərinə çatmaqda kömək etmək istəyirəm.

"Zirə"dən 8:0-lıq darmadağın Avropa çempionatı: Millimizin oyunlarının təqvimi açıqlanıb "Qəbələ"dən ayrıldı, karyerasını bitirdi Azərbaycan Kuboku: "Qarabağ" 1/4 finalda ilk oyununa çıxacaq - YENİLƏNİB Əyyub Allaş "Araz-Naxçıvan"da - Rəsmi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://apasport.az
archiveBu xəbər 06 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri