Icma.az
close
up
RU
Kadi Borges: Qətiyyən arxayınlaşmaq olmaz

Kadi Borges: Qətiyyən arxayınlaşmaq olmaz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin Misli Premyer Liqasının 29–cu turunda “Zirə”yə qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərə müsahibəsi

- Oyunda bağlı nə deyə bilərsiniz?

- Yaxşı oyun oldu. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan klublar qarşılaşırdı. Matçın çətin keçəcəyi əvvəldən məlum idi. Meydanda tez-tez birə-bir mübarizələrə şahidlik edirdik. Çətin də olsa, qələbə qazandıq və yolumuza davam edirik.

- Qeyd etdiyiniz kimi, turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandalar qarşılaşırdı. Liderlərin oyununa layiq matç alındığını söyləmək mümkündür?

- Məncə, hə. Çünki hər iki tərəf qələbə qazanmaq istəyirdi. Güzəştsiz mübarizə gedirdi. Maraqlı oyun alındığını düşünürəm.

- Baxımlı qola imza atdınız...

- Cərimə zərbələrinin üzərində daim işləyirəm. Həftə boyu məşqlərdə bunun üzərində çalışmışdım. Şadam ki, gözəl qolla komandama qələbə qazandırdım.

- Artıq növbəti 2 turda qələbə qazanmaqla “Qarabağ” növbəti çempionluğunu rəsmiləşdirə bilər. 31-ci turda qızıl medalları təmin etmək mümkün olacaq?

- Biz bu barədə düşünmürük. Qarşımıza hədəf qoyulmayıb ki, hansı turda çempionluğu təmin edək. Məqsədimiz qızıl medalları qazanmaqdır və bunun üçün də çalışırıq.

- Növbəti turda autsayder “Səbail”lə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Rəqiblərə belə yanaşmamalıyıq. Nə olsun ki, “Səbail” turnir cədvəlində aşağı pillədə qərarlaşıb. Buna qədər turnir cədvəlində aşağı pillədə qərarlaşanlar xeyli sürprizə imza atıblar. Ona görə də qətiyyən arxayınlaşmaq, hansısa rəqibə zəif gözü ilə baxmaq olmaz.

- Kubokun yarımfinalında ilk matçda “Araz-Naxçıvan”a uduzdunuz. Cavab görüşündə bu məğlubiyyətin əvəzini çıxmaq nə dərəcədə mümkündür?

- İnanıram ki, bunu bacaracağıq. İlk görüşdə uduzduq. Lakin hələ heç nə bitməyib. Sona qədər mübarizəmizi davam etdirəcəyik. Məqsədimiz hər iki cəbhədə uğur qazanmaqdır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:286
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Aprel 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri