“Çempion olacağımıza inanıram” Kadi Borges
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Sabah” Misli Premyer Liqasının 9-cu turunda “Qarabağ”la qolsuz heç-heçə edib.
QOL.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Kadi Borges oyundan sonra jurnalistlərə açıqlama verib. O, qarşılaşma, azarkeşlərin dəstəyi və komandasının çempionluq şansları barədə danışıb. Kadi Borges matçın çətin keçdiyini bildirib:
“Yaxşı oyun oldu. "Sabah"ın yaxşı komandası var və hazırda yaxşı formadadır. Məncə, ötən il gördüklərimə əsasən, "Sabah" çox yaxşı komandadır. Bu oyun bizim üçün çempionatda belə matçlarda necə oynamalı olduğumuzu görmək baxımdan yaxşı təcrübə idi. Qarşılaşma çətin keçdi. Hər iki komandanın qol imkanları çox olmadı. Ümumilikdə, yaxşı oyun idi”.
Futbolçu azarkeşlərin dəstəyinin komandaya əlavə güc verdiyini vurğulayıb:
“Azarkeşlər bizim üçün meydanda əlavə bir oyunçu kimidir. Meydanda 11-ə 11 oynayırıq, amma azarkeşlər bizi səsləri ilə dəstəkləyəndə bu, bizə əlavə güc və inam verir. Bəzən oyun zamanı yoruluruq, lakin azarkeşlərimizin səsini eşidəndə daha da güclənirik”.
Kadi Borges “Qarabağ”ın bu mövsüm çempion olacağına inandığını deyib:
“Əlbəttə, inanıram. Yaxşı komandamız var. Əksini düşünsəydim, bu komandada olmazdım. Daha yaxşı olmaq və bu il çempionluq uğrunda mübarizə aparmaq istəyirik”.
O, növbəti turda “Qəbələ” ilə keçiriləcək oyun barədə də fikirlərini bölüşüb:
“Qəbələ”nin yaxşı komanda olduğunu, heyətində yaxşı futbolçuların yer aldığını bilirik. Səfərdə oynayacağıq. Oraya gedib yaxşı nəticə ilə qayıtmağa çalışacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Oktyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















