Kadırovdan İranla bağlı gözlənilməz əmr: Ordu yeridiləcək
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Çeçenistan rəhbəri Ramzan Kadırova sadiq hərbi bölmələr ABŞ və İsrailin İrana qarşı mümkün quru əməliyyatı həyata keçirməsi halında İran Silahlı Qüvvələrinə dəstək vermək üçün bu ölkəyə yerləşməyə hazır olduqlarını bəyan ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, çeçen bölmələri hazırkı ABŞ-İsrail-İran qarşıdurmasını “dini müharibə” və “İslam dünyasını sabitsizləşdirməyə yönəlmiş təcavüzə qarşı mübarizə” kimi dəyərləndirirlər.
Bildirilir ki, mümkün müdaxilə İranın suverenliyinin müdafiəsi üçün “cihad” – xeyirlə şər arasında mübarizə kimi təqdim olunur.
“Press TV”nin açıqlamasına görə, çeçen hərbi birləşmələri ABŞ quru qoşunları hücum edəcəyi təqdirdə İran ərazisinə göndərilməyə və döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqlarını açıqlayıblar.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 31 Mart 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















