Icma.az
close
up
RU
Kadırovla bağlı məlumat Kremli qarışdırdı: Putindən gizli edib? Detallar

Kadırovla bağlı məlumat Kremli qarışdırdı: Putindən gizli edib? Detallar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş və hazırda fəaliyyət göstərən əməkdaşları, Şimali Qafqaz üzrə müxbirlər və hüquq müdafiəçiləri “istories” nəşrinə bildiriblər ki, son aylarda Çeçenistanın rəhbəri Ramzan Kadırov ilə Rusiya Prezidenti Vladimir Putin arasında ciddi gərginlik müşahidə olunur.

Gərginliyin artmasına əsas səbəb kimi Kadırovun Kremlin xəbəri olmadan Yaxın Şərqdəki müsəlman monarxiyaları ilə öz ailəsinin təhlükəsizliyini və gələcəyini müzakirə etməsi göstərilir. FTX bu danışıqları qeydə alaraq birbaşa Putinə məruzə edib.

Məlumata görə, uzun müddətdir səhhətində ciddi problemlər yaşayan Kadırov, hazırda öz ailəsinin gələcəyindən narahatdır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan  “PolitRus” informasiya-analitik portalının rəhbəri Vitali Arkov deyib ki, xarici qüvvələr Rusiya daxilində sabitliyi pozmağa cəhd göstərməyə davam edirlər:

“Bəzi səbəblərə görə, Şimali Qafqaz və Qara dəniz regionu onları daha çox maraqlandırır. Buraya qondarma “çərkəz problemi”nin uzun müddət təbliğ olunması, əhalinin radikal dini strukturlara cəlb edilməsi, silahlıların cəmləşməsi, terror aktlarının təşkili, siyasi-ictimai sabitliyinin pozulması daxildir. Ən çox “hədəfə alınan”lar isə Çeçenistan Respublikası və Dağıstan Respublikasıdır”.

O bildirib ki, Moskva ilə Qroznı arasında münasibətlərin guya gərginləşməsi ilə bağlı yayılan şayiələr artıq uzun müddətdir ciddi maraq doğurmur:

“Hər kəs federal mərkəzin Çeçenistan Respublikasına bölgədəki xüsusi vəziyyətə və onun rəhbəri Ramzan Kadırovun çətin xarakterinə görə fərdi yanaşması olduğunu bilir. Bu, həm də onu göstərir ki, cənab Kadırov Rusiya Prezidenti Vladimir Putinin onun qarşısına qoyduğu vəzifələrin öhdəsindən gəlir. Hazırda Çeçenistan Respublikası, bəlkə də Şimali Qafqaz Federal Dairəsinin ən dinc bölgələrindən biridir. Bunu hətta turist sayının artımında da görmək olar. Onların arasında getdikcə daha çox müxtəlif dinlərin nümayəndələri və ateistlər (yalnız müsəlmanlar deyil), eləcə də qadınlar var.

Respublika yüksək sosial-iqtisadi göstəricilər nümayiş etdirir, Şimal Hərbi Dairəsində və Rusiyanın tərkibinə qayıtmış Donbass və Novorossiya vilayətlərinin bərpasında ən fəal şəkildə iştirak edir, federasiyanın digər subyektləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirir.

Başqa sözlə, Çeçenistan Respublikasının rəhbərliyində dəyişiklik üçün heç bir səbəb yoxdur. Amma təbii ki, bu məsələdə son söz Rusiya prezidentinə məxsusdur”.


Vitali Arkov

V.Arkov qeyd edib ki, Ramzan Kadırovun səhhətində ciddi problemlərin olması ilə bağlı dəfələrlə xəbərlər yayılıb:

“Hətta guya onu əvəz edəcək bir şəxs var – Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Apti Alaudinov. Lakin Qroznı bunu dəfələrlə təkzib edib və Moskva hər hansı şərh verməyib. Birincisi, “od olmayan yerdən tüstü çıxmaz” deyilərsə belə, insanın şəxsi həyatına hörmətlə yanaşmalıyıq. Bu mövzu ciddi şəkildə Ramzan Kadırovun ailəsi və onun güvəndiyi adamları əhatə edir. Qafqazda yad adamlara həyatınızın təfərrüatları barədə məlumat vermək ümumiyyətlə qəbul edilmir, o ki qaldı mediaya bu barədə danışmaq və ya ictimaiyyətə məlumat vermək olsun.

İkincisi, yuxarıda qeyd etdiyim kimi, Ramzan Kadırov başda olmaqla Çeçenistan Respublikasının rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəlir. Buradan belə nəticəyə gələ bilərik: cənab Kadırovun səhhəti ona tapşırılan vəzifələri yerinə yetirməyə imkan verir. Biz hamımız “dəmir”, yaxud əbədi deyilik. Əgər bu məsələdə hər hansı dəyişiklik olarsa, inanıram ki, o, məsləhət üçün Rusiya liderinə müraciət edəcək və müvafiq qərar veriləcək”.

Ekspert Kadırovun Yaxın Şərq monarxiyalarının nümayəndələri ilə təmasları məsələsi haqda bildirib ki, bu proses uzun müddətdir baş verir və ümumiyyətlə Moskvanın maraqlarına uyğun aparılır:

“Mövzu ilə maraqlananlar üçün sirr deyil ki, Çeçenistan Respublikasının rəhbəri Kremlin Səudiyyə Ərəbistanı, BƏƏ və digər Yaxın Şərq ölkələrinin hakim elitaları ilə pərdəarxası təmaslarında etibarlı şəxslərindən biridir.

Bu baxımdan Cənab Kadırovun guya öz oyununu oynaması və bu əlaqələri məhv etməyə çalışması haqda “fantaziya qurmaq” Rusiyaya düşmən olan xarici qüvvələrə xasdır”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see212

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see204

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see183

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see180

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see167

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see143

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see133

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see131

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see129

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see128

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see127

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see127

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see127

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see125

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see124

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see124

Mərhum atasının və bacısının fotosunu paylaşdı

17 Noyabr 2025 09:39see124

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see119

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see118

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri