Icma.az
close
up
RU
Kafedə eşitdiyi söyüşü həzm edə bilmədi, stulu başına çırpdı

Kafedə eşitdiyi söyüşü həzm edə bilmədi, stulu başına çırpdı

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Ağcabədi rayonunda 1982-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Akifə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 12-də rayonunun Qaravəlli kəndində baş verib. Faiq həmin gün gecə saat 00:30-da kənd ərazisində yerləşən Akifə məxsus kafedə onun bir gün əvvəl, günün ikinci yarısında onu təhqir etməsinin bəhanə edib.
Bu məsələnin səbəbini aydınlaşdırmaq üstündə yaranmış münaqişə zamanı onun sol qol nahiyyəsinə bir dəfə dəmir materialından hazırlanmış oturacaq stul ilə, həmçinin sifət və bədəninin müxtəlif nahiyyələrinə bir neçə yumruq zərbələri vurub.
Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
Faiq ifadəsində göstərib ki, Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayır, fərdi əməklə məşğuldur: “Mən Akifi tanıyıram, qohumluq əlaqələrimiz var. Əvvəllər aramızda münaqişə və ya ədavət olmayıb. İyulun 11-də, günün ikinci yarısında işdən gəldim. Həm yemək yemək, həm də pivə içkisi içmək üçün həmkəndlim və qohumum  Akifə məxsus kafeyə getdim. Həmin kafedə tək əyləşdim və sifarişlərimi verdim. Yemək yeyən zaman Akif sərxoş halda mənə salam verdi. Mən də onun salamını aldım. Sonra Akif yanımdan getdi və bir neçə dəqiqə sonra yaxınlaşaraq hesabı ödəməyə pulumun olub-olmadığını soruşdur. Akifə “indiki vaxtadək nə yemişəmsə pulunu vermişəm” sözlərini dedim. Həm Akif, həm də özüm sərxoş olduğumuz üçün həmin vaxt aramızda sözlə mübahisə yaransa da, mübahisə uzun çəkmədi. Mən əsəbi olduğum üçün hesabı ödəyərək getdim. Lakin Akif mübahisə zamanı ünvanıma nalayiq ifadə işlətdiyi üçün onu təklikdə tapıb məsələni aydınlaşdırmağı qərara aldım. Mən kafedən getdim”. 
Təqsirləndirilən qeyd edib ki, Akifin kafeni bağladığı saatı bildiyi üçün iyulun 12-də, təxminən saat 00:30-da yalnız şəkildə onun kafesinə gedib: “Akif stulda yalnız oturmuşdu. Ona yaxınlaşaraq salam verdim və söhbət əsnasında ondan məni təhqir etməsinin səbəbini soruşdum. Akif yenə də məni təhqir etməyə başladığı üçün əsəbləşdim. İlk öncə Akifin oturduğu stulu əlimə alaraq onu vurmaq istədim. Bu zaman Akif əlini qabağa verdiyi üçün stul onun qol nahiyyəsinə dəyərək xəsarət yetirdim. Biz dalaşmağa başladıq. Mən yumruqla Akifin sifət və bədəninin müxətlif nahiyyələrinə bir neçə zərbə endirdim. Biz dalaşdıqdan sonra qardaşım qaçaraq bizə yaxınlaşdı, harayçılıq edərək bizi sakitləşdirdi. Daha sonra Akif məndən şikayət edəcəyini dedi, məni təhqir edə-edə avtomobilinə minərək oradan uzaqlaşdı. Mən qardaşım ilə evə getdim”. 
Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkəndən üzr istəyib, onunla barışıb. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət işinə xitam verilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri