Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvanda kafedə dava olub.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsindəki Əyləncə adasında yerləşən məşhur kafenin ikinci mərtəbəsində baş verib.
Şəhər sakini Kənan Ağayev (soyadı şərtidir - red.) idmandan sonra dostları ilə kafeyə pivə içməyə gedib. Onlar kafedə əyləşərək, pivə sifariş veriblər. Kafedə barmen işləyən Rəşid Məmmədov (soyadı şərtidir - red.) pivələri Kənangil oturan stola aparıb. Bir neçə dəqiqədən sonra dostlar yenidən pivə sifariş veriblər. Rəşidin gətirdiyi pivələrdən biri köhnə süzülmüş olub və bu da Kənana düşüb. Kənan pivənin köhnə olduğunu görüb barmenə irad bildirib və pivəni içməyib. Rəşidlə Kənan arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəşid stoldakı pivəni Kənanın üzərinə tökərək, pivə bakalı ilə onun sifətinə və başına zərbə endirib.
Hadisə nəticəsində xəsarət alan Kənan xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rəşid Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Rəşid Məmmədov 3 il 6 ay azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 10 Oktyabr 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















