Icma.az
close
up
RU
Kafedə içdiyi qəhvədən komaya düşdü, 58 min manat təzminat aldı

Kafedə içdiyi qəhvədən komaya düşdü, 58 min manat təzminat aldı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonundakı kafelərin birində baş verən hadisə rezonans doğurub. İçdiyi Türk qəhvəsinə qatılan kimyəvi maddə səbəbindən zəhərlənən gənc qadın məhkəmə prosesindən sonra 1,5 milyon lirə təzminat qazanıb.
Demokrat.az xəbər verir ki, hadisə 17 noyabr 2025-ci ildə Beyoğlunun Ömər Avni məhəlləsində yerləşən kafelərdən birində baş verib. 26 yaşlı universitet məzunu, gənc mühəndis Ayben Özçilingir Turtura dostu ilə kafeyə gedərək Türk qəhvəsi sifariş verib. Qəhvədən ilk qurtumu alan kimi onun halı qəfil pisləşib və dərhal xəstəxanaya aparılıb.
Həkimlərin apardığı müayinələr nəticəsində qəhvənin tərkibində güclü kimyəvi maddə, yuyucu toz kimi istifadə olunan kostik maddə (sodyum hidroksit) olduğu müəyyən edilib. Gənc qadın ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib və bir müddət süni nəfəs aparatına qoşulub.
Hadisədən sonra kafenin sahibi Engin Ö. qəhvəni hazırlayan Sıla Nur Ö. həmçinin Gülsüm Sude Ö. və kömək edən Münire A. saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun araşdırması zamanı hadisənin qəsdən törədilmədiyi qeyd olunub.
Araşdırma materiallarına görə, kafedə iş çox olduğu üçün qəhvə hazırlayan əməkdaş mətbəxdə kömək istəyib. Yardıma gələn Münire A. isə etiketsiz şüşədə olan mayeni içməli su ilə qarışdırılan su zənn edərək qəhvəyə qatıb. Sonradan həmin mayenin yuyucu toz olduğu məlum olub. Rəydə bildirilib ki, qadın maddənin nə olduğunu bilməyib və bunu qəsdən etməyib.
Prokurorluq hadisə ilə bağlı cinayət işinin başlanmasına əsas olmadığını qərara alıb. Bununla yanaşı, kafe sahibi və əməkdaşlar zərərçəkmiş tərəflə uzlaşma yolunu seçiblər. Nəticədə gənc qadına ümumilikdə 1,5 milyon Türkiyə lirəsi (təxminən 58 min manat) təzminat ödənilib.
Hadisə qida təhlükəsizliyi və ictimai iaşə obyektlərində sanitariya qaydalarının nə qədər vacib olduğunu bir daha gündəmə gətirib.
Azərbaycanda da restoran və kafelərdə qida təhlükəsizliyi məsələsi son illər daha çox diqqət mərkəzinə çəkilir. Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektlərində saxlanma və hazırlanma qaydalarının pozulmasının ciddi sağlamlıq riskləri yarada biləcəyini dəfələrlə vurğulayıb. Buna görə də belə müəssisələrdə kimyəvi maddələrin qida məhsullarından ayrı saxlanması və düzgün markalanması əsas təhlükəsizlik tələblərindən hesab olunur.
İsmayıl
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see381

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see296

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see294

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see282

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see270

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see269

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see259

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see249

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see246

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see245

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see239

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see232

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see230

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see229

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see222

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see220

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see217

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see213

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see209

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri