Icma.az
close
up
RU
Xırdalanda kafedə müştərilər arasında dava düşdü

Xırdalanda kafedə müştərilər arasında dava düşdü

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Abşeron rayonunda 1999-cu il təvəllüdlü Məmməd kafedə olan zaman digər müştəri Şirvana (adlar şərtidir – red.) xəsarət yetirməsi ilə bağlı məhkəmə başa çatıb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 27 may 2023-cü ildə saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” deyilən ərazidə yerləşən adsız kafedə baş verib. 
Biləsuvar rayon sakini Məmməd orada müştəri kimi olan Şirvan ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ona yumruq zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, fərdi əməklə məşğul olub və tikintidə fəhlə işləyib: “Mayın 27-də, saat 20:30-da işdən çıxdım. Pivə içmək üçün əvvəllərdə bir neçə dəfə olduğum “Köhnə Bazar”  deyilən ərazidə yerləşən Dilarə adlı qadının işlətdiyi kafeyə getdim. Kafedə masada tək əyləşdim, 4 bokal pivə içdim. Saat 23 radələrində əvvəllər də həmin kafedə gördüyüm, lakin adı sonradan mənə məlum olan Şirvan içkili vəziyyətdə kafeyə gəldi. O, masada əyləşib, pivə və araq içdi. Bir qədər sonra Şirvan sərxoş vəziyyətdə digər masada əyləşən şəxslərin ünvanına nalayiq söyüşlər söyməyə başladım. Bunu eşitdikdə Şirvanın oturduğu masaya yaxınlaşdım, onun sifətindən şillə vurdum. Bundan sonra kafedə olan müştərilər araya girdi, bizi araladı. Mübahisə bitdikdən sonra kafedən getdim”.
Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 2 il 2  gün azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində yaşadığı Biləsuvar rayonunun kəndində yerləşən evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla saat 23:00-dan saat 07:00 dək tərk etməsi qadağan olunub. Bundan əlavə onun üzərində bu müddət ərzində Biləsuvar rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq  məhkəmə qərarı olmadan qeydiyyatda olduğu və
yaşadığı ünvanı dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri