Icma.az
close
up
RU
Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir Ekspertdən ŞOK AÇIQLAMA

Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir Ekspertdən ŞOK AÇIQLAMA

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tez-tez “dünən kolbasa aldım, bu gün içindən qurd çıxdı”, “kahının içində böcək var”, “filan restoranda yeməklər dadsızdır”, “bahadır, amma keyfiyyətsizdir” başlıqlı videolarla rastlaşırıq. İnsanların heç bir araşdırma etmədən hadisəni anındaca paylaşması adi hala çevirilib. Maraqlısı budur ki, qarşı tərəf şikayətləri nə təkzib və də təsdiq edir. 

Bəs görəsən, bu isti aylarda qidalar, xüsusən kolbasalar otaq şəraitində 1 gün saxlanılanda qurdlaya bilərmi? Nəyi, necə mühafizə edək?

Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, istənilən riskli məhsulu isti və ya rütubətli yerdə saxladıqda ona qurd düşməsi normal haldır:

“Riskli məhsullar (süd məhsulları, toyuq əti, balıq əti, iribuynuzlu, xırdabuynuzlu heyvan və quş ətləri) minimum 0, maksimum 6 dərəcəyədək temperaturda saxlanılmalıdır. Soyuducunun qapağının açılıb-bağlandığını da nəzərə alsaq, bu temperatur ortalama 2-4 dərəcə olmalıdır. Amma bu, o demək deyil ki, kolbasanı otaq şəraitində saxlaya bilərik.

İstehlakçı qida mühəndisi, texnoloq, qida ilə birbaşa işləyən şəxs, aşpaz yaxud şef deyil. Onlar bilmədən bu kimi məhsulları otaq şəraitində saxlayırlar. Fikirləşirlər ki, qurdlamaz. Amma elə deyil. Saxlama qaydasına əməl edilməyəndə əlbəttə ki, qurdlayacaq. Kolbasaların tərkibi ət, yağ və ədviyyatlardan ibarətdir. Yağlılıq olduğu üçün rütubətli və isti mühitdə məhsulda bakteriyalar yaranır, nəticədə yeyilməz hala düşür. Nəzərə almaq lazımdır ki, yay fəslində bakteriyalar tüğyan edir.

İstər kolbasa, istər şokolad, istər konfet, istərsə də tortlar və digər qidalar nəmişlikdə qalanda mikrobioloji çirklənmə bakteriyaların sayını artırıb, qurd salır.

Ədviyyatlara da qurd düşür

Rütubətli şərait təkcə emal olunmuş məhsulları korlamır, hətta bu zaman xam olan ədviyyatlara da qurd düşə bilir. Bakteriyaların çoxalması üçün istilik, nəmişlik və vaxt əlverişli mühit formalaşdırır”.

A.Salamov qida biliyi olmadan öz səhvi ucbatından hansısa məhsuldan qurd, həşərat və s. çıxdığını əks etdirən görüntüləri yayanlar barədə də danışıb:

“Bu gün qida biliyi olmadan hamı hər şeyi çəkib paylaşır. Gedib oturur filan yerdə, paylaşır ki, kahıdan qurd çıxdı. Sözsüz, o qurdun çıxması normal deyil, bu fiziki və mikrobioloji çirklənmədir. Qida haqqında, onun saxlanılması barədə biliyi olmayanlar tiktokerlərin, “bloger”lərin sayı günü-gündən artır. Paylaşırlar ki, kolbasadan qurd çıxdı, filan restorana getdim, yeməyi bəyənmədim və s.

Menecment, maliyyə, qida təhlükəsizliyi barədə təhsili olmayan bikar adamlar ucuz reklam üçün belə yollara əl atırlar.

Ümumiyyətlə bu insanlar barədə məlumatlar araşdırılmalıdır. Əgər onların qida barədə bilikləri yoxdursa və əsassız şikayətlər səsləndirirlərsə, həmin istehsalçı şirkət onları məhkəməyə verib, təzminat almalıdır. Qida haqqında anlayışı olmayan insan niyə çıxıb qidadan danışmalıdır? İstehlakçı hüququ var, o, nə gördüsə, çəkib paylaşır. Amma öz səhvini də görmək lazımdır. Məsuliyyətsizliyi sənayenin üzərinə atmaq düzgün deyil.

Bu kimi halları ictimailəşdirmədən öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermək lazımdır. Bundan sonra agentlik araşdırma aparıb, həmin sənayedə çirklənmə olub-olmadığı barədə dəqiq rəy verəcək. Qida ilə işləyən adamlar yalnız rəy verə bilər”,-deyə ekspert fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri