Icma.az
close
up
RU
Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilə bilər AÇIQLAMA

Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilə bilər AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə kafelərdə və xüsusilə kofeşoplarında içki alıb uzun müddət oturan və işləyən şəxslərlə bağlı yeni məhdudiyyətlər gündəmə gəlib. Bu yanaşma xidmət sektorunda yeni müzakirələr yaradıb. Bizdə də oxşar qaydaların tətbiqi mümkündürmü sualı aktuallaşır. Məsələ həm müştəri məmnuniyyəti, həm də biznes maraqları baxımından diqqət çəkir.
Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan qanunvericiliyində müştərilərin kafelərdə və ya kofeşoplarda konkret oturma müddəti ilə bağlı hər hansı ümumi dövlət qadağası və ya limit mövcud deyil:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, ictimai iaşə obyektləri (kafelər, restoranlar) öz iş rejimini və xidmət formalarını müəyyən etməkdə sərbəstdirlər. Bu o deməkdir ki, sahibkar öz obyektində "daxili qaydalar" tətbiq edə bilər (məsələn: pik saatlarda masadan istifadə müddəti, "no laptop" (noutbuk qadağası) zonaları və s.). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsinə görə, iaşə xidməti "ictimai müqavilə" hesab olunur. Sahibkar xidmət göstərməkdən əsassız imtina edə bilməz. Lakin, əgər müəssisə öncədən (məsələn, masanın üzərindəki məlumat lövhəsində və ya girişdə) müəyyən zaman limitini və ya xüsusi qaydanı (məsələn, "noutbukla işləmək üçün masadan istifadə müddəti 1 saatdır") qeyd edibsə, istehlakçı həmin obyektdən xidmət almaqla bu şərtləri qəbul etmiş sayılır".
O bildirib ki, qanun istehlakçıların bərabər xidmət almasını tələb edir:
"Əgər bir müştərinin uzun müddət (məsələn, 5-6 saat) masanı məşğul etməsi digər istehlakçıların xidmət almasına mane olursa, sahibkar kommersiya maraqlarını və xidmət dövriyyəsini qorumaq üçün ağlabatan məhdudiyyətlər tətbiq edə bilər.
Xülasə, dövlət tərəfindən qoyulmuş rəsmi qadağa yoxdur, sahibkarların özəl mülkiyyəti olan iaşə obyektlərində masadan istifadə ilə bağlı daxili qaydalar və vaxt limiti tətbiq etmək hüququ var, bir şərtlə ki, bu barədə müştəri əvvəlcədən (xidməti sifariş etməzdən əvvəl) məlumatlandırılsın", - deyə hüquqşünas qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyun 2026 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri