Icma.az
close
up
RU
PUBG oyunu qadağan edilə bilər? AÇIQLAMA

PUBG oyunu qadağan edilə bilər? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən silahlı məktəb hücumları ölkədə böyük sarsıntıya səbəb olub. Ard-arda törədilən iki dəhşətli hadisə nəticəsində bir müəllim və səkkiz şagird həyatını itirib, 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisələrlə bağlı aparılan ilkin araşdırmalar zamanı hər iki cinayətkarın profilində ciddi bir bənzərlik aşkar edilib. Məlum olub ki, hücumu törədən yeniyetmələr uzun müddət şiddət tərkibli "PUBG" oyununun aludəçisi olublar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hər iki şəxs gününün böyük hissəsini kompüter arxasında bu oyunu oynayaraq keçirib. Bu fakt azyaşlıların nəzarətsiz şəkildə aqressiv oyunlar oynamasının yaratdığı təhlükələri yenidən gündəmə gətirib
Demokrat.az saytına mövzu ilə bağlı fikirlərini bölüşən İT eksperti Elvin Abbasov bildirib ki, şiddət tərkibli oyunların yeniyetmə davranışına təsiri oyunun məzmunundan daha çox, fərdin psixoloji vəziyyəti və sosial mühiti ilə birbaşa bağlıdır:
“Elmi araşdırmalar göstərir ki, “PUBG” kimi platformalar təkbaşına şiddətə meyillilik yaratmır, lakin nəzarətsiz istifadə zamanı "hissizləşmə" və dopamin asılılığına səbəb olaraq gəncin reallıq hissini zəiflədə bilir. Texniki baxımdan bu oyunların tam qadağan olunması VPN və bənzər alətlər səbəbindən demək olar ki, qeyri-mümkündür. Belə bir addım problemi həll etmək əvəzinə, sadəcə nəzarətdən kənar gizli zonalara daşıyır. Əsas problem oyunun məzmunu ilə istifadə müddəti arasındakı balansın pozulması və yaş kateqoriyalarına (PEGI) riayət edilməməsidir. Yeniyetmənin virtual dünyada keçirdiyi vaxt ailə və təhsil mühiti tərəfindən tənzimlənmədikdə, oyun daxili rəqabət və aqressiya real həyatda problem həlletmə üsuluna çevrilə bilər. Bu səbəbdən, dövlət səviyyəsində sərt qadağalar tətbiq etmək yerinə, valideynlərin rəqəmsal nəzarət alətləri barədə maarifləndirilməsi və gənclərin asudə vaxtının daha sağlam sosial fəaliyyətlərlə doldurulması daha qalıcı bir həll yolu hesab olunur”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri