“Kağız üzərində ev“: Bakıda 80 min manatlıq dələduzluq VİDEO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı sakini Mehriban Həsənova illərdir həllini tapa bilməyən bir problemlə üzləşib.
Moderator.az Xəzər TV-yə istinadla xəbər verir ki, vətəndaş dörd il əvvəl akademik Həsən Əliyev prospektində mənzil almaq üçün 80 min manat ödəyib, lakin sonradan aldığı mənzilin ümumiyyətlə mövcud olmadığını öyrənib.
Mehriban Həsənova müqavilə bağlayaraq ödəniş etsə də, sonradan ciddi uyğunsuzluqlarla qarşılaşıb. İddiaya görə, ona binanın 11-ci mərtəbəsindən mənzil satılıb, halbuki layihəyə əsasən, bina cəmi 10 mərtəbədən ibarət olub. İndi isə zərərçəkən nə pulunu geri ala, nə də mənzilinə köçə bilir.
Zərərçəkənin sözlərinə görə, məsələni araşdırarkən məlum olub ki, binanın tikintisi hələ 2020-ci ildə aidiyyəti qurumlar tərəfindən dayandırılıb və növbəti mərtəbələrin inşasına icazə verilməyib. Buna baxmayaraq, MTK rəhbərliyi ona tikilməyən mərtəbədən mənzil satıb.
Məsələ ilə bağlı "MM Park" MMC ilə əlaqə saxlanılıb. Şirkətdən bildiriblər ki, məhkəmə prosesi yekunlaşana qədər heç bir açıqlama verməyəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 15 İyul 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















