Kahının xarab olmasını gecikdirən sadə saxlama üsulu
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kahının daha uzun müddət təravətli qalmasını təmin etmək üçün tətbiq olunan bəzi sadə üsullar onun istifadə müddətini nəzərəçarpacaq dərəcədə uzadır.
Milli.Az xəbər verir ki, kahının uc hissəsini kəsmək xarab olma prosesini yavaşladır. Çünki bu hissə adətən ən tez xarab olan bölgədir və kəsilməsi daxili strukturun daha sağlam qalmasına kömək edir.
Kəsilmiş kahının salfetlə bükülməsi artıq nəmi udaraq kiflənmiş və yumşalmış yarpaqların qarşısını alır. Salfet artıq suyu çəkir və yarpaqların daha quru və balanslı bir mühitdə qalmasını təmin edir.
Hazırlanmış kahı soyuducunun tərəvəz bölməsində saxlanılmalıdır. Kahının hava ala biləcək şəkildə yerləşdirilməsi vacibdir, çünki tam qapalı mühit çürüməni sürətləndirə bilər.
Kahını saxlamazdan əvvəl deyil, istifadədən dərhal əvvəl yumaq tövsiyə olunur. Həmçinin, yarpaqların əzilməməsi üçün üzərinə ağır məhsullar qoyulmamalıdır.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 03 May 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















