Rusiyaya aparılan kahının içərisindən narkotik çıxdı
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycanın gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.
Newscenter.az Komitəyə istinadən xəbər verir ki, DGK-nın Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan Rusiya vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılan yoxlama zamanı yükün içərisində aliminium falqalara bükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 10 kiloqram 360 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Süleyman
Bu mövzuda digər xəbərlər:İrandan Rusiyaya aparılan qarpızın içindən narkotik çıxdı VİDEO
01 Yanvar 2026 12:26
İrandan Rusiyaya aparılan soğanın içindən narkotik çıxdı VİDEO
04 Sentyabr 2026 10:24
İrandan Rusiyaya aparılan “kərəviz”lərin içindən narkotik çıxdı
21 Sentyabr 2026 10:21
Amerikadan gələn bağlamanın içərisindən narkotik çıxdı
06 Fevral 2025 20:48
Ermənistan Rusiyaya qarşı çıxdı
28 Oktyabr 2025 17:21
Baxış sayı:213
Bu xəbər 06 Noyabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















