Icma.az
close
up
RU
Kahramanmaraşda sarsılmaz dostluq və qardaşlığın təzahürü “Azərbaycan” məhəlləsi

Kahramanmaraşda sarsılmaz dostluq və qardaşlığın təzahürü “Azərbaycan” məhəlləsi

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kahramanmaraş, 5 fevral, AZƏRTAC

Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının tikintisi tamamlanıb. 26 yaşayış binasınn yerləşdiyi bu kvartallarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib. “Azərbaycan” məhəlləsi – Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür.

Bunu Kahramanmaraşda AZƏRTAC–a açıqlamasında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bildirib.

O qeyd edib ki, 2023-cü ilin fevral ayında qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, qardaş Türkiyədə ağır faciənin fəsadlarının aradan qaldırılması üçün axtarış-xilasetmə əməliyyatlarının təşkili və zərərçəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədilə həm aidiyyəti dövlət qurumlar, həm də Azərbaycan xalqı tam gücü ilə səfərbər olub.

Həmçinin, zəlzələdən zərər çəkmiş əhalinin təcili sığınacaqla təmin edilməsi məqsədilə o dövrdə çadırlar və konteyner tipli mobil evlər də göndərilib.

" Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Belə ki, zəlzələdən sonra bölgədə sürətlə davam edən bərpa və quruculuq işlərində Türkiyəyə dəstək göstərilməsi məqsədilə Azərbaycan tərəfindən yardım ayrılıb. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Azərbaycan Respublikasının icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir", - F.Qurbanlı bildirib.

Onun sözlərinə gorə, məhəllənin ümumi sahəsi 27.6 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 2, 3 və 4 otaqlı ümumilikdə 1194 mənzildən ibarət 68 yaşayış binası inşa olunub.

Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 1595 qeyri-yaşayış obyekti istifadəyə veriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2025-ci il iyun ayının 19-da Azərbaycan məhəlləsinin açılış mərasiminin keçirildiyini, bir sıra mənzillərin açarlarının sahiblərinə təqdim olunduğunu xatırladan F.Qurbanlı dövlət başçılarının mənzillərlə, eləcə də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olduqlarını ifadə edib.

Aparat rəhbəri “Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin də bir il ərzində tamamlanmasının nəzərdə tutulduğunu

bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri