Icma.az
close
up
RU

Kainatın ən gənc planetlərindən biri kəşf edilib: Cəmi 3 milyon il yaşı var

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astronomlar cəmi 3 milyon il yaşı olan və kainatın ən gənc planetlərindən biri olan TIDYE-1b adlı planeti kəşf ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, alimlərə planetlərin yaranmasının ilkin mərhələləri haqqında mühüm məlumatlar verən bu planet, indiyə qədər müşahidə edilən ən gənc planetlərdən biri kimi diqqəti çəkir.

Yerin 4,5 milyard il olduğunu nəzərə alsaq, TIDYE-1b Yerdən 1500 dəfə gəncdir.

Bu nadir kəşf planetlərin necə doğulduğuna dair mövcud anlayışı yenidən formalaşdırır.

Şimali Karolina Universitetinin aspirantı və kəşflər qrupunun aparıcı müəllifi Madyson Barber TIDYE-1b-nin kəşfini “planetlərin əmələ gəlməsi prosesini anlamağa kömək edəcək zamana səyahət” kimi təsvir edib.

Barber və komandası NASA-nın TESS teleskopundan istifadə edərək planeti tranzit yolu ilə kəşf ediblər. Bu üsul bir planetin ulduzunun qarşısından keçərkən işığını bir qədər azaltmaqla onun varlığını aşkar etməyə imkan verir.

Planetlərin ümumiyyətlə toz və qaz buludlarında əmələ gəldiyini ifadə edən tədqiqatçılar, TIDYE-1b-nin fərqli orbitdə olması səbəbindən müşahidə edilməsini təmin ediblər.

Bu planetin öz ulduzu və ətrafındakı qaz və toz diski ilə normal uyğunlaşmayan orbiti var. UNC-Chapel Hill-dən dosent. Dr. Endryu Mann vurğuladı ki, bu qeyri-adi əyilmə planetlərin necə əmələ gəldiyinə dair mövcud nəzəriyyələri yenidən nəzərdən keçirməyə səbəb olur.

TIDYE-1b öz ulduzuna çox yaxın orbitdə fırlanır və ulduzu ətrafında bir orbitini təxminən doqquz günə tamamlayır. Planetlə bağlı proqnozlara görə, TIDYE-1b gələcəkdə “super-yer” və ya “sub-Neptun” tipli planetə çevrilə bilər. Diametri Yerdən təxminən 11 dəfə böyük olan bu planet planetlərin qısa müddətdə əmələ gələ biləcəyini sübut edən əhəmiyyətli bir nümunədir.

Əvvəlki kəşflərdə toz və qaz buludları səbəbindən gənc planetləri müşahidə etmək mümkün deyildi. Lakin TIDYE-1b-nin kəşfi astronomlara planetin formalaşmasının ilkin mərhələlərini daha dərindən başa düşmək imkanı verir.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri