Kainatın ən güclü küləklərinə malik nəhəng planet kəşf edildi
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Almaniya, Çin, İspaniya və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu yerdənkənar dünyanın səthində indiyə qədər ölçülən ən güclü küləklərə malik ekzoplanet kəşf ediblər.
Yeniavaz.com xəbər verir ki, tədqiqat “Astronomy & Astrophysics” (A&A) elmi jurnalında dərc olunub.
WASP-127b adlanan yeni planet Yerdən 520 işıq ili uzaqlıqda yerləşir. O, Yupiterdən bir qədər böyük olan qaz nəhəngidir, lakin sıxlığına görə kütlə baxımından daha azdır.
Göy cismini ilk dəfə 2016-cı ildə müşahidə edilib, lakin bu yaxınlarda gözlənilməz bir xüsusiyyət aşkar edildi - atmosferdə sürəti saatda 33 min kilometr və ya saniyədə 9 kilometrdən çox olan güclü reaktiv axınlar. Müqayisə üçün qeyd edək ki, Yer atmosferində səsin sürəti saniyədə cəmi 343 metrdir.
Qeyd edək ki, Günəş sistemində ən sürətli küləklər atmosfer axınlarının saniyədə 500 metr və ya saatda 1800 kilometr sürətlə hərəkət etdiyi Neptunda qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:Kainatın ən nəhəng qalaktikası kəşf edilib
08 Sentyabr 2026 07:06
Kainatın nəhəng ulduz şəhəri
25 Sentyabr 2026 16:24
Kainatın ən gənc sakini
17 Sentyabr 2026 12:16
Alimlər Kainatın “ən təmiz” ulduzunu kəşf ediblər...
09 Oktyabr 2025 20:37
Kainatın ən gözəli o seçildi
18 Noyabr 2024 08:41
Baxış sayı:199
Bu xəbər 23 Yanvar 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















