Kainatın tarixi yenidən yazıla bilər: Yeni qalaktikalar aşkar edildi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ceyms Uebb" kosmik teleskopu elm dünyasını inqilabi kəşflərlə heyrətləndirməyə davam edir. Astronomlar Böyük Partlayışdan cəmi 500 milyon il sonra mövcud olmuş üç qeyri-adi qalaktika aşkar ediblər ki, bu da erkən kainatın formalaşması haqqında mövcud anlayışları şübhə altına alır.
Oxu.Az xəbər verir ki, "Nature" jurnalında dərc edilən araşdırmaya görə, standart kosmoloji modelə əsasən, 13.8 milyard il əvvəl baş vermiş Böyük Partlayışdan sonra ilk qalaktikalar tədricən formalaşmalı idi. Lakin aşkar edilən "qırmızı nəhənglər" bu nəzəriyyəyə ziddir. Bu qalaktikalar nəinki çox erkən dövrdə mövcud olublar, həm də bizim Süd Yolu qalaktikamıza yaxın - təxminən 1 trilyon Günəş kütləsi qədər kütləyə malikdirlər.
Bu qalaktikalar yüksək kosmik toz miqdarına görə xarakterik qırmızı rəngə malikdirlər. Bu fakt özü də sirli hesab olunur, çünki erkən Kainatda bu qədər tozun yaranması üçün kifayət qədər vaxt keçməli idi.
Araşdırma göstərib ki, bu qalaktikalarda qazın təxminən yarısı artıq ulduzlara çevrilib. Bu göstərici digər qalaktikaların ulduz yaratma effektivliyindən iki dəfə çoxdur.
Qeyd olunur ki, bu qalaktikalardan gələn işıq Yerə çatmaq üçün 13 milyard ildən çox məsafə qət edib. Onların gələcək taleyi isə hələlik sirr olaraq qalır. Alimlərin fikrincə, bu üç qalaktika yalnız "aysberqin görünən hissəsi" ola bilər.
"Qırmızı nəhənglər"in kəşfi astrofiziklər qarşısında yeni suallar yaradır və mövcud kosmoloji nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. "Ceyms Uebb" teleskopu öz missiyasını davam etdirir və alimlər ümid edirlər ki, növbəti müşahidələr bu kosmik sirri açmağa kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 06 May 2025 02:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















