Icma.az
close
up
RU
Kakao ucuzlaşsa da, şokolad niyə bahalaşmaqda davam edir?

Kakao ucuzlaşsa da, şokolad niyə bahalaşmaqda davam edir?

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Mehin Qasımova,Banco.az

Kakao qiymətləri bu il 1960-cı ildən bəri ən kəskin illik enişini yaşasa da, supermarket rəflərində şokoladın qiymətində eyni dinamika müşahidə olunmur.

Banco.az xəbər verir ki, Bloombergin məlumatına görə, ötən il tarixi artımdan sonra kakao qiymətləri bu il təxminən 50 faiz ucuzlaşıb. Analitiklər bildirirlər ki, bu eniş sənaye üzrə statistik qeydlərin aparılmağa başladığı son 60 ildə ən böyük illik azalma olacaq. Bununla belə, ekspertlər istehlakçıların kakao qiymətlərindəki ucuzlaşmanın şokoladın pərakəndə satış qiymətlərinə ən tez 2026-cı ilin ikinci yarısında təsir edəcəyini vurğulayırlar.

Qeyd edək ki, dünya kakao tədarükünün yarıdan çoxunu təmin edən Fil Dişi Sahili və Qanada ötən il əlverişsiz hava şəraiti və xəstəliklər səbəbindən kakao qiymətləri rekord həddə — ton başına 13 min dollara qədər yüksəlmişdi. Bu il isə məhsul gözləntilərinin yaxşılaşması və qlobal tələbatın zəifləməsi qiymətlərin kəskin enməsinə səbəb olub.

Buna baxmayaraq, pərakəndə satış qiymətlərinin aşağı düşməməsinin əsas səbəbi istehsalçıların hələ də yüksək qiymətlə alınmış kakao ehtiyatlarından istifadə etməsidir. Marex Group şirkətinin analitiki Conatan Parkmanın sözlərinə görə, şokolad sənayesi hələ də “yüksək və ağrılı” qiymətlərlə formalaşmış xammal bazası ilə işləyir və bu yükün aradan qalxması zaman tələb edir.

Məsələn, Almaniyanın köklü şirniyyat istehsalçısı Lambertz qiymətlərin pik dövründə formalaşdırdığı kakao ehtiyatlarının 2026-cı ilin ortalarına qədər davam edəcəyini açıqlayıb.

Ekspertlər qeyd edirlər ki, qiymətlərin kəskin artdığı dövrdə istehsalçılar təkcə qiymətləri yüksəltməklə kifayətlənməyib, eyni zamanda reseptlərdə geri dönməz dəyişikliklər ediblər. Böyük qida korporasiyalarından tutmuş butik şokolad istehsalçılarına qədər bütün sektor xərclərlə mənfəət arasında tarazlığı qorumaqda çətinlik çəkir.

Ət və qəhvə kimi əsas ərzaq məhsullarının da bahalaşması fonunda istehlakçılar şokoladın yenidən daha əlçatan bir ləzzətə çevriləcəyini gözləsələr də, bazar iştirakçıları yaxın perspektivdə sürətli qiymət enişini real hesab etmirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://banco.az
archiveBu xəbər 22 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri