Kaliforniya sahillərində qayıq aşıb, 3 nəfər ölüb, 9 nəfər itkin düşüb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vaşinqton, 5 may, AZƏRTAC
ABŞ-da Kaliforniya ştatının San Dieqo sahillərində kiçik qayığın aşması nəticəsində 3 nəfər ölüb.
AZƏRTAC-ın məlumatına görə, hadisə zamanı 4 nəfər yaralanıb, daha 9 nəfər itkin düşüb. Sakit okean sahilində çevrilmiş qayıq səhər tezdən sahilə gəzintiyə çıxan sakinlər tərəfindən aşkar edilib.
Sahil Mühafizəsinin gəmiləri və helikopterləri itkin düşənləri axtarır. Səlahiyyətli şəxslər 12 metrlik qayığın haradan gəldiyini bilmədiklərini açıqlayıblar. Bildirilir ki, aşmış qayıq əsasən balıq ovu üçün nəzərdə tutulub, lakin adətən qaçaqmalçılar və miqrant daşınması üçün istifadə edilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Kaliforniya sahillərində qayıq aşıb, 3 nəfər ölüb, 9 nəfər itkin düşüb
06 May 2025 10:11
Masallıda avtomobil aşıb, 3 nəfər ölüb
09 May 2025 16:29
Konqoda bərə aşıb, 38 nəfər ölüb, 100 nəfər itkin düşüb
22 Dekabr 2024 14:37
Türkiyədə avtobus aşıb: 3 nəfər ölüb, 19 nəfər yaralanıb
02 İyun 2025 16:14
İndoneziyada qayıq batıb: 4 nəfər ölüb, 4 nəfər isə itkin düşüb
29 Yanvar 2025 15:09

