Cibuti sahillərində qayıq aşıb 109 miqrant ölüb, 116 nəfər itkin düşüb
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Cibuti sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində azı 109 nəfər ölüb, 116 nəfər isə itkin düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.
Məlumata görə, Cibutidən Yəmənə doğru hərəkət edən qayıq cümə axşamı axşam saatlarında Obok şəhərinin şimalında, Quhere kəndi yaxınlığında aşıb.
Hadisə nəticəsində ölənlər arasında 52 kişi, 42 qadın və 15 uşaq var. 80-dən çox insan isə sağ qalmağı bacarıb. Sağ qalanların hamısının Efiopiya vətəndaşları olduğu bildirilir.
BMT-nin Cibutidəki missiyasının rəhbəri Aleksandr Kuassak hadisəni faciəvi insan itkisi kimi qiymətləndirib. O bildirib ki, təşkilatın əməkdaşları yerli hakimiyyət orqanları ilə birlikdə zərərçəkənlərə təcili yardım göstərirlər.
Qeyd edək ki, Cibutidən Yəmənə uzanan dəniz marşrutu Afrika Buynuzundan Ərəbistan yarımadasına keçmək istəyən miqrantlar tərəfindən geniş istifadə olunur. Lakin insanların həddindən artıq yüklənmiş və təhlükəsizlik tələblərinə cavab verməyən qayıqlarla dənizi keçməyə çalışması tez-tez faciələrlə nəticələnir.
Bu mövzuda digər xəbərlər:Cibuti sahillərində miqrant gəmisi aşıb ən azı 139 nəfər ölüb
12 Oktyabr 2026 00:55
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb
12 Oktyabr 2026 11:32
Kaliforniya sahillərində qayıq aşıb, 3 nəfər ölüb, 9 nəfər itkin düşüb
05 May 2025 23:16
Yunanıstanda miqrantları daşıyan qayıq aşıb: bir nəfər ölüb, üçü itkin düşüb
29 Dekabr 2025 16:00
Baxış sayı:75
Bu xəbər 11 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















