Icma.az
close
up
RU
Kaliforniya yanğını: Müasir Amerikanın ən bahalı təbii

Kaliforniya yanğını: Müasir Amerikanın ən bahalı təbii

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az bu günə olan vəziyyətlə bağlı ABŞ mediasının yaydığı məlumata istinadən bildirir ki, Los-Ancelesdə eyni vaxtda bir neçə yanğın baş verir. Meşədə başlayan yanğın daha sonra bir neçə yaşayış məntəqəsinə keçib. Ən böyük yanğınlar “İton” və elit “Pasifik Paliseys” kvartalllarında qeydə alınıb. Yanğının əhatə etdiyi ərazi 34 min akrdan (bir akr-0,405 hektar) çoxdur.
“Financial Times” nəşrinin məlumatına görə, 10 minə yaxın bina yanıb. 180 minə yaxın insan evlərini tərk edib. Daha 95 min istehlakçı isə yanğın səbəbindən elektrik enerjisindən məhrum olub.
Yanğından dəyən ziyan 135-150 milyard dollar civarında qiymətləndirilir. Təbii fəlakət ABŞ-nin müasir tarixinin ən bahalı hadisələrindən biri olacağını vəd edir.
Yanğın Hollivudun da işini iflic edib. Bir neçə layihə Altadena, La Crescenta, La Canada/Flintridge və Pasadena rayonlarında bir neçə layihələrin, o cümlədən “Hiyləgərliklər”, “Pullu xanım”, “Ted”, Fors-major: Los Anceles” və “Fallout” kimi filmlərin çəkilişi dayandırılıb. Yanğın Los-Ancelesdə “Dayandırılmaz” və “Canavar-adam” filmlərinin premyeralarını və “AFI Awards” və “Critics Choice Awards” mükafatları tədbirini ləğv etmək məcburiyyəti yaratdı.
Los-Anceles polisinin açıqlamasına əsasən, yanğınlardan birinin qəsdən yandırma nəticəsində baş verdiyi ehtimal olunur. Faktla bağlı rayonda cinayət işi açılıb. Kennettdə yanğın törətməkdə şübhəli bilinən bir kişini müstəntiqlər nəzarətə götürüblər.
- Yanğın qurbanlarının dəqiq sayı hələlik məlum deyil. Los-Anceles rəsmiləri bildiriblər ki, ölənlərin faktiki sayı yalnız yanğın söndürüldükdən və zərər çəkmiş ərazilər yoxlanıldıqdan sonra müəyyən edilə bilər”, - CNN telekanalı xəbər verib.
Mütəxəssislər yanğının geniş əraziyə yayılmasını hava şəraiti ilə izah edirlər. Belə ki, qasırğalı küləklər yanğınları daha da gücləndirir. Yanğınsöndürmə işləri isə su və avadanlıq çatışmazlığı ilə çətinləşir. Rayonun və əyalətin fövqəladə hallar xidmətləri təkbaşına yanğının öhdəsindən gələ bilmir.
İki gün əvvəl Kaliforniyada böyük fəlakət rejimi elan edən ABŞ preizdenti Co Bayden yanğını havadan söndürmək üçün ora 400-dən çox federal yanğınsöndürən, 38 təyyarə və helikopter göndərib. Təsirə məruz qalan ərazilərin təmizlənməsinə 500-dən çox hərbçi cəlb olunacaq. Nəticələrin aradan qaldırılmasını ölkə hökuməti maliyyələşdirəcək.
Qeyd edək ki, bu yanğın nəticəsində Co Baydenin oğlu Hanter Baydenin Los-Ancelesin qərbinda yerləşən Malibu şəhərindəki evi də yanıb. 54 yaşlı Hanter Bayden və həyat yoldaşı Melissa Koen 4 milyon dollar dəyəri olan bu evi ayda 15 800 dollara kirayələyiblər. Bu, üç yataq və üç vanna otağı, habelə Sakit okeana panoram mənzərəsi olan 1950-ci illərdə inşa edilmiş tikili idi.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kaliforniyada baş verən genişmiqyaslı yanğınlarda ştatın qubernatoru Qevin Nyusomu və Los-Ancelesin meri Karen Bassı günahlandırıb. Amerika liderinin sözlərinə görə, fövqəladə vəziyyət onların səriştəsizliyi ilə bağlıdır.

Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri