Icma.az
close
up
RU
Tarixin ən böyük yanğını Kaliforniya necə külə çevrildi? FOTOlar

Tarixin ən böyük yanğını Kaliforniya necə külə çevrildi? FOTOlar

Icma.az bildirir, Milli.az portalına istinadən.

12 yanvar 2025-ci ildə Los Anceles şəhərində baş verən yanğınlar tarixinin ən böyük və dəhşətli meşə yanğınlarından hesab olunur.

Milli.Az xəbər verir ki, yanğınlar nəticəsində ən azı 24 nəfər həyatını itirib, 10 mindən çox ev və iş yeri külə dönüb. 153 min insan təxliyə edilib, 166 min insan isə təxliyə əmrlərinə hazır olmaq barədə xəbərdar edilib.

Los-Ancelesdəki yanğın qəsdən törədilib? - Gizli mesaj ifşa oldu 

Yanğın 4 gündür davam edir və azı 13 min hektar yaşayış məntəqəsi külə dönüb.  Ən böyük yanğınlar Palisades və Eaton bölgələrində baş verib və hələ də nəzarətdən çıxmış vəziyyətdədir. Yanan ərazilərdə 150 milyard dollar dəyərində maliyyə itkisi baş verib.

Yanğından ən çox zərər görən ərazilərdən biri də Malibu olub. Bu bölgə təbii gözəlliyi və dəbdəbəli həyat tərzi ilə tanınır. Yanğın nəticəsində Malibu çimərlikləri və ətraf sahələr tanınmaz hala gəlib. Eyni zamanda, məşhur aktyorlar Billy Crystal, Eugene Levy, Mel Gibson və Paris Hilton kimi məşhurlar da bu yanğından evlərini itirənlər arasındadır.

Maxar Technologies tərəfindən təqdim edilən peyk görüntüləri yanğının miqyasını daha yaxşı göstərir. Yanğının başlanğıcında Malibu sahil xətti əvvəlki vəziyyəti ilə müqayisə edildikdə, kəskin şəkildə dəyişmişdir.

Yanğınların nəzarət altına alınmaması və çox geniş sahələrə yayılması, yerli hakimiyyətin hazırlıqsız olduğunu göstərir. Baş verən yanğınlar yerli əhalinin və mütəxəssislərin ciddi tənqidlərinə səbəb olub. Ərazidə yaşayanlar yerli məmurları da sorğuya çəkirlər, çünki hakimiyyətin yanğına hazırlıqsız yaxalandığını və adekvat reaksiya vermədiyini bildirirlər. Yanğın zamanı şəhər bələdiyyəsinin sədri Karen Bassın şəhərdən kənarda olması da bu tənqidləri daha da gücləndirib. Bununla yanaşı, yanğınsöndürmə işləri zamanı şlanqlara bərkidilə bilən su kranlarının səmərəsizliyi də müzakirə olunur.

Bu ilki yanğınların sürətlə yayılmasının səbəbləri arasında hidroklimat dəyişiklikləri və Santa Ana küləklərinin təsiri ön plana çıxır. 2024-cü ildə El Nino ilə əlaqəli güclü yağış dövründən sonra, son aylarda yağıntıların olmaması, meşə yanğınlarının daha tez və geniş yayılmasına şərait yaradıb. Küləkləri də yanğınların genişlənməsinə səbəb olub. Bu küləklər sürəti saatda 130 kilometrə çata bilər və yerli bitki örtüyündən daha çox nəm çıxara bilər, nəticədə yanğınlar daha sürətlə yayılır.

2018-ci ilin ən dəhşətli yanğını olan Camp yanğını ilə müqayisədə bu ilki hadisə daha geniş miqyaslı və ağır nəticələrə səbəb olub.

Nərmin
Milli.Az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri