Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Kaliforniya ştatının Yolo dairəsində fişəng anbarında baş verən partlayış və yanğından sonra azı yeddi nəfər itkin düşmüş sayılır.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Yolo dairəsi administrasiyası və Kaliforniyanın Meşə Təsərrüfatı və Yanğınla Mübarizə Departamentinin regional bölməsi tərəfindən yayılan birgə mətbuat açıqlamasında bildirilib.
Sənəddə qeyd olunub ki, hadisə yerində baş vermiş yanğın hələ də tamamilə söndürülməyib. Bu səbəbdən ətraf ərazilərdə yaşayan sakinlər üçün təxliyə göstərişləri qüvvədə qalır.
"Yeddi nəfər hələ də itkin düşmüş sayılır. Xilasedicilər və istintaqçılar həmin şəxslərin yerini müəyyənləşdirmək üçün obyektin sahibi ilə birlikdə intensiv işləyirlər", - deyə açıqlamada vurğulanıb.
İstintaqçılar hadisə yerinə dronlar vasitəsilə nəzarət edirlər. Məlumata görə, anbarın sahibi fişənglərin saxlanması üçün lisenziyaya malik olub. Meşə Təsərrüfatı və Yanğınla Mübarizə Departamenti xüsusi olaraq qeyd edib ki, bu cür hadisələr çox nadir hallarda baş verir, çünki bu obyektlər yalnız Kaliforniya qanunlarına yox, həm də federal qanunvericiliyin sərt tələblərinə uyğun fəaliyyət göstərməlidirlər.
Xatırladaq ki, dünən Yolo dairəsində fişəng anbarında güclü partlayış baş verib və nəticədə güclü yanğın başlayıb. Hadisənin səbəbləri hələ ki, müəyyən olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 İyul 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















