Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
Icma.az bildirir, Publika.az portalına istinadən.
Kaliforniya qubernatoru Gavin Nevsom 7.3 bal gücündə zəlzələdən sonra ştatda fövqəladə vəziyyət elan edib.
Publika.az xəbər verir ki, müvafiq bəyanat onun "X" sosial şəbəkəsindəki hesabında yayımlanıb.
Nevsom qeyd edib ki, fövqəladə vəziyyətin tətbiqi təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına əlavə resursların yönəldilməsinə imkan verəcək. Onun sözlərinə görə, hakimiyyət orqanları ştat sakinlərinin təhlükəsizliyini təmin etmək və lazımi ehtiyat tədbirləri barədə ictimaiyyəti məlumatlandırmaq üçün səy göstərir.
Xatırladaq ki, dekabrın 5-də Kaliforniyada 7.3 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti 12 min nəfər əhalisi olan Fortuna şəhərindən 56 km aralıda yeraltı təkanlar qeydə alıb. Zəlzələ ocağı 14 km dərinlikdə yerləşib.
Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı verilb, lakin daha sonra Milli Okean və Atmosfer İdarəsi tərəfindən ləğv edilib.
Hələlik xəsarət alanlar barədə məlumat verilmir.
Hüseyn İbadlı
Baxış sayı:156
Bu xəbər 06 Dekabr 2024 04:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















