Icma.az
close
up
RU
Kaliforniyada dağların altında yer qabığı laylanır: Alimlər səbəbini açıqladı

Kaliforniyada dağların altında yer qabığı laylanır: Alimlər səbəbini açıqladı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

ABŞ-ın Kaliforniya ştatında yerləşən Syerra-Nevada dağlarının altında yer qabığının laylanması baş verir. Lakin bu, təhlükəli bir proses hesab edilmir. Alimlər ehtimal edirlər ki, bu, məhz qitələrin yaranmasına səbəb olan təbii geoloji proseslərdən biridir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.

Məlumata görə, kontinental qabıq okean qabığına nisbətən daha yüksəkdə yerləşir və daha uzun müddət qorunub saxlanır, çünki o, daha az sıxlığa malikdir. Laylanma prosesi zamanı yer qabığının daha yüngül materialları ağır olanlardan ayrılır və məhz bu proses qitələrin formalaşmasına səbəb olur.

Yeni araşdırmalar göstərir ki, bu fenomen hazırda Syerra-Nevadanın altında baş verir. Dağ silsiləsinin cənub hissəsində yer qabığının üst qatını və mantiyanın bir hissəsini təşkil edən litosfer artıq ayrılaraq dərin mantiyaya doğru batıb. Mərkəzi hissədə isə litosfer laylanmağa davam edir, lakin proses hələ şimal bölgələrə çatmayıb.

Kolorado Universitetinin geoloqu Vera Şulte-Pelkum bu haqda belə deyib: "Siz dağlarda dayanıb balıq tuta bilərsiniz, amma xəbəriniz olmadan ayaqlarınızın altında nəhəng bir geoloji qat laylanmağa davam edir".

Yer səthində bu prosesin baş verdiyini göstərən heç bir əlamət yoxdur. Lakin alimlər əvvəllər burada qeyri-adi dərin zəlzələlər müşahidə ediblər. Belə ki, 1,9-3,2 bal gücündə olan bu yeraltı təkanlar 40 kilometrdən çox dərinlikdə baş verib. Şulte-Pelkum bildirir ki, adətən bu dərinlikdəki süxurlar isti və yüksək təzyiq altında olduqları üçün deformasiyaya uğrayır, lakin qırılıb seysmik dalğalar yaratmırlar.

Şulte-Pelkum və San-Dieqo Kaliforniya Universitetinin seysmoloqu Debora Kilb bölgədə 1985-2023-cü illər arasında qeydə alınmış zəlzələlərin məlumatlarını araşdırıblar. Nəticədə, 40-70 km dərinlikdə süxurların yer qabığından ayrıldığı bir geoloji qat müəyyən edilib. Syerra-Nevadanın cənub hissəsində, Sequoia Milli Parkı yaxınlığında bu qat artıq yox olub, şimal hissədə, Tahoe gölü ətrafında isə hələ də yerində qalır. Ancaq mərkəzi hissədə, Yosemite Milli Parkının altında bu qat aktiv şəkildə mantiyaya doğru batır.

Alimlərin fikrincə, bu laylanma prosesi Syerra-Nevadanın cənubunda 3-4 milyon il əvvəl baş verib və hələ də davam edir. Dekabr ayında Geophysical Research Letters jurnalında dərc olunan araşdırmada bildirilib ki, bu proses Yeni Zelandiya, Türkiyənin Anadolu platosu və Şərqi Avropadakı Karpat dağları da daxil olmaqla dünyanın müxtəlif yerlərində də baş verə bilər.

"Biz bu fenomenin daha əvvəl baş verdiyi ehtimal olunan digər bölgələrdə də tədqiqatlar aparmaq istəyirik", deyə Şulte-Pelkum bildirib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Fevral 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri