Kaliforniyada güclü meşə yanğınları səbəbindən magistral yol bağlanıb
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Güclü meşə yanğınları Kaliforniyada magistral yolun qismən bağlanmasına səbəb olub.
AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, ştatın mərkəzi hissəsindəki San-Luis-Obispo dairəsində başlayan yanğınlar gün ərzində 210 kvadratkilometrdən çox əraziyə yayılıb. Nəticədə “State Route 166” avtomobil yolunun bir hissəsi bağlanıb. Yolun kənarında yerləşən bir neçə kiçik yaşayış məntəqəsində təxliyə elan edilib. Son 24 saat ərzində yanğının yalnız beş faizini nəzarət altına almaq mümkün olub. Yanğının dağlıq əraziləri əhatə etməsi alovla mübarizədə çətinliklər yaradır.
Cənubi Kaliforniyada daha bir miqyaslı yanğın tüğyan edir. Həftə sonunadək həmin yanğının yalnız 55 faizi nəzarət altına alınıb. Riverside dairəsinin bəzi rayonlarında təxliyə elan olunub. Quru, isti və küləkli hava alovla mübarizəni çətinləşdirir.
Kaliforniyada təbiət yanğınları nadir hadisə deyil. Xatırladaq ki, 2025-ci ilin yanvarında ştatın cənubunda yerləşən Los-Anceles yaxınlığında baş verən yanğınlar 12 mindən çox binanı məhv etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 İyul 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















