Kallas Tehrana üz tutdu: İranla Aİ nin münasibətlərinin yaxşılaşması...
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı diplomatiyasının başçısı Kaya Kallas İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb.
2024-cü il dekabrın 1-də vəzifəyə gəlmiş Kallas o zamandan bəri ilk dəfə olaraq İranın xarici işlər naziri Abbas Əraqçi ilə İranın nüvə proqramı barəsində danışıb.
Kallas X şəbəkəsində yazıb: "İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar apardım. Diplomatiyanın nüvə məsələsində və regionda münaqişələrin alovlanması məsələsində əhəmiyyətini qeyd etdim".
Kallas İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb, Aİ vətəndaşlarının İranda casusluqda ittiham olunaraq saxlanılmasından narahatlığını bildirib. Qeyd edib ki, Brüssellə Tehranın münasibətləri bu məsələlərdəki irəliləyişdən asılıdır.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















