Icma.az
close
up
RU
Kamal Quliyev yenidən xəstəxanaya yerləşdirildi Onlar mənə üz çevirdilər

Kamal Quliyev yenidən xəstəxanaya yerləşdirildi Onlar mənə üz çevirdilər

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Kamal Quliyev yenidən xəstəxanaya yerləşdirildi - "Onlar mənə üz çevirdilər"

Səhhətində ciddi problemlər yaranan Azərbaycan millisinin və “Neftçi”nin sabiq üzvü Kamal Quliyev yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə QOL.az-a açıqlamasında veteran futbolçu özü məlumat verib.

O, artıq dörd gündür ki, AFFA-nın dəstəyi ilə Sumqayıt şəhərindəki klinikalardan birində müalicə aldığını bildirib:

“Bütün analizlər yenidən təkrarlanır. Gün ərzində sistemlər vurulur, dərmanlar qəbul edirəm. Klinikada mənə çox yaxşı baxırlar. Onlara təşəkkür edirəm. Hələ ki, hər şey normal gedir. Görək sonu necə olacaq”.

K.Quliyev qeyd edib ki, müalicəsi bitdikdən sonra əməliyyat oluna bilər: “Hər şey Allahın əlindədir, möcüzə də baş verə bilər. Məndə qaraciyər sirrozu idi. İki kurs müalicə olundum. Həkimlərin dediyi kimi pəhriz saxladım. Əməliyyata qədər yenidən müalicə olunmalıyam. Müalicənin sonunda analizlər olacaq və həkimlərin qərarı bilinəcək. Ümidimi üzmürəm, Allah hamının köməyi olsun, o cümlədən də mənim”. 

K.Quliyev ona maddi və mənəvi dəstəyini göstərən insanlar haqda da danışıb: “Mən AFFA-ya təşəkkürümü bildirirəm. Çünki mənim müalicəmi federasiya öz üzərinə götürüb. Burdan AFFA prezidentinə, baş katibə və bütün rəhbərliyə təşəkkür edirəm. Nə yaxşı ki, Azərbaycan futbolunun başında belə insanlar var. Keçmişi unutmurlar. Keçmişi unudan gələcəyə baxa bilməz. İnsan özünü güvəndə hiss edəndə, arxalandığı yerin olduğunu biləndə çox xoşbəxt olur. Görürsən ki, illərini əbəs yerə Azərbaycan futboluna həsr etməmisən. Çünki bu gün sənə sahib çıxan belə bir qurum, səni tək buraxmayan belə insanlar var. Hamısına öz təşəkkürümü bildirirəm. 

Başda Qurban Qurbanov olmaqla keçmiş komanda yoldaşlarıma minnətdaram. Mənim ilk müalicəmdə çox kömək etdilər. Qurban Qurbanov bu günə qədər də köməyini əsirgəmir. Özü xahiş etdi ki, bunu heç kimə deməyim. Amma qoy bəzi nadanlar, alçaqlar, illərlə bir qabdan çörək yediyimiz, çiyin-çiyinə mübarizə apardığımız insanlar bilsinlər ki, həyatda Qurban kimi kişilər var. Ramiz Məmmədov, İlham Yədullayev, Ayxan Abbasov, Kənan Kərimov, Zaur İsmayılov, Vadim Vasilyev, Arif Əsədov, Yunis Hüseynov, Ruslan Abışov, “Sumqayıt” və “Neftçi” klubları başda rəhbərlik olmaqla ilk gündən yanımda idilər. “Neftçi”nin sürücüsünə qədər mənimlə maraqlandı, dəstək oldu. Hamısını bağrıma basıram. Adlarını unuda biləcəyim dostlar da var ki, hamısına təşəkkür edirəm. Çünki indi o vəziyyətdə deyiləm. yadımdan çıxan ola bilər”. 

K.Quliyev bildirib ki, bu çətin gündə ona üz çevirən insanlar da olub: “Bəlkə də, Allah məni sınağa çəkir, bu dünyada yalançı dostları imtahan edir. Dostlar, yoldaşlar dar gündə tanınar. Kişilər çətin gündə üzə çıxar. Nakişilər isə qaçıb gizlənər. Həqiqədən də bu söz çox düzgün imiş. Onun üçün hər şey etdiyim, evimi belə verdiyim insanlar var ki, məni darda qoydu. Onsuz da onları futbol ictimaiyyəti yaxşı tanıyır. Amma qoy elə adlarını çəkməyim, sirr olaraq qalsın. Mən bu barədə danışmağa, adlarını çəkməyə utanıram, amma onlar rahatdırlar. Yəqin ki, bu imtahandan üzüağ çıxaram. İnanıram ki, o insanlara görə bu sınaqdan keçəcəm”.

Ramiq Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Mart 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri