Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Ramiz Quliyev xəstəxanaya yerləşdirilib

Ramiz Quliyev xəstəxanaya yerləşdirilib

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Xalq artisti, məşhur tarzən Ramiz Quliyev səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev məlumat verib. O bildirib ki, Ramiz Quliyev hazırda reanimasiya şöbəsindədir. Birinci-vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Ramiz Quliyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb:

“Ramiz müəllim haradasa bir il əvvəl böyrəkləri ilə bağlı problem yaşadı. Biz həkimləri ilə danışırdıq, müəyyən müalicə tədbirləri görürdük. Amma bir neçə gün bundan əvvəl halı həqiqətən ağırlaşdı və kritik bir vəziyyətə çatdı. Mən tanıdığım həkimlərlə məsləhətləşdim və onlar bildirdilər ki, Ramiz müəllimi təcili xəstəxanaya yerləşdirmək lazımdır və nəzarətə götürülməlidir. Vəziyyəti ağır olduğu üçün Heydər Əliyev Fondunun rəhbərliyinə müraciət etdim. Sağ olsunlar, ən yüksək səviyyədə bizə dəstək oldular. Sentyabrın 23-ü müraciət etdim və artıq bir neçə saat ərzində o dəstəyi hiss etdim. Prezidentin köməkçisi Anar Ələkbərov dərhal zəng etdi və hər şeyi detalları ilə məndən soruşdu. Bütün məlumatları ona verdikdən sonra qərar verildi ki, dərhal xəstəxanaya yerləşdirilsin. Hətta bizə xəstəxana seçimində də şərait yaratdılar. Dərhal təcili yardım maşını gəldi və onu xəstəxanaya yerləşdirdilər. Çünki hər dəqiqə, hər saniyə çox dəyərli idi. Həm onun üçün, həm də bizim üçün çox gərgin, həyəcanlı anlar idi”. 

Ə.Quliyev qeyd edib ki, sənətkar xəstəxanaya yerləşdirildiyi gün Anar Ələkbərov və mədəniyyət naziri Adil Kərimli ona baş çəkiblər:

“Bizim üçün bu, çox dəyərli idi. Onlar həkimlərlə söhbət etdilər və vəziyyəti tam öyrəndilər. Bildirdilər ki, Ramiz müəllimin vəziyyəti ilə bağlı bütün məsələlər dövlətimizin nəzarəti altındadır. Bu işdə tələb olunan nə lazımdırsa, ən yüksək səviyyədə həyata keçiriləcək. Mən fürsətdən istifadə edib həm öz, həm də ailəmiz adından ilk növbədə dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Daim bizə dəstək olurlar, bizi tək buraxmırlar. Artıq bir neçə gün keçməsinə baxmayaraq, məndə olan məlumata görə, Anar Ələkbərov hər gün xəstəxana ilə əlaqədədir. Mənimlə də daim əlaqə saxlayırlar”. 

O əlavə edib ki, hazırda atası Dövlət Gömrük Hospitalında müalicə alır:

“Səhhətindəki əsas problem böyrəklərlə bağlıdır. Xəstəxanaya yerləşdirildiyi ilk gündən həm müayinə, həm də müalicə olundu. Həkimlərin konsiliumunun nəticəsində qərara aldılar ki, dializ olmalıdır. Həmçinin, Ramiz müəllimin digər xroniki xəstəlikləri də var ki, onlar da nəzarətdə saxlanılır. Bir az ağciyərlə bağlı da narahatlıq var və müalicə prosedurları gedir. Bizə də şərait yaradırlar ki, onu görə bilək. Şükürlər olsun ki, müsbətə doğru dəyişiklik var, sağlamlığı bərpa olunmaq üzrədir. Hər şey nəzarətdədir, daim müayinələr keçirilir. Onu evdə gözləyirik. Vaxtında Heydər Əliyev Fondunun bu dəstəyi olmasaydı, bəlkə də biz onu itirmişdik. Demək olar ki, onu ölümdən qaytardılar”. 

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti fəxri adını alıb. 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://axsam.az
archiveBu xəbər 29 Sentyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri