Icma.az
close
up
RU
Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması iddiası da ortaya çıxdı: Qəbələdən daha bir xəbər gəldi

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması iddiası da ortaya çıxdı: Qəbələdən daha bir xəbər gəldi

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Günlərdir ki, sosial şəbəkələrdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun patronajlığı altında olan Qəbələ rayonunda Ramiz Mehdiyevə villa bağışlaması ilə bağlı xəbər müzakirə mövzusudur.

Kamallədin Heydərov Gununsesi.info-ya Qəbələdə Mehdiyevə əmlak və başqa bir hədiyyə etmədiyini deyib.

Sitat:

“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.

Nazirin bu açıqlamasından sonra onun dediklərini şübhə altına alan məlumatlar yayılmaqdadır. Hətta Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızı rayonunda da villa bağışlaması xəbəri də yayılıb. 

Sosial şəbəkə istifadəçisi Aybəniz İlqar-Fatih bu xüsusda yazır.

Sitat:

“Kəmaləddin Heydərov və ətrafı Ramiz Mehdiyevə "ağsaqqal" deyirdi.

...əvvəllər Ramiz Mehdiyevlə münasibəti olanlar niyə indi inkar edirlər ki?

FHN şefi Kəmaləddin Heydərov iddia edir ki, guya Ramiz Mehdiyevə Qəbələdə villa hədiyyə etməyib. Yalan deyir. İl dəqiq xatirimdə deyil. 2016 ya da 2017-ci il idi.  Ramiz Mehdiyev Qəbələyə gəlmişdi və Kəmaləddin Heydərov Ramiz Mehdiyevin şərəfinə "7 Gözəl"i 1 həftəlik bağlatmışdı. Hətta FHN-nin Qəbələdəki MMQ-nın (Mülki Müdafiə Qoşunları-E.M) N saylı hərbi briqadasından əsgər və zabitlərdən ibarət kiçik bir "ordu" da Ramiz Mehdiyev və başının dəstəsinin sərəncamına verilmişdi. Həmin zabitlərdən biri demişdi ki, cənab nazir ağsaqqala (yəni Ramiz Mehdiyevə) elə bir villa bağışlayıb ki, baxanda adamın gözü qamaşır.
Sonradan öyrəndim ki, Kəmaləddin Heydərov və ətrafı Ramiz Mehdiyevə "ağsaqqal" deyirlərmiş...”

Sosial şəbəkədə yayılan digər bir xəbərdə isə deyilir.

Sitat:

“…Xızı rayonunun Qızılqazma adlanan ərazisində Kamaləddin Heydərov FHN generalı Cəbrayıl Xanlarov vasitəsilə bir neçə hektar torpaq sahəsi alıb, orada villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”.

Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin dəyəri yüz milyonlarla ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır. Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi  FHN şefinin adı çəkilir. Heydərov iddiların doğru olmadığını açıqlayıb.

Xatırladaq ki, yerli mənbələr iddia edir ki, qala kimi imarət Qəbələdə abadlıq və quruculuq işlərinin geniş vüsət aldığı illərdə - 2010-cu illərdə inşa edilib. Bildirilir ki, həmin dövrdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun şəxsi göstərişi ilə tikinti həyata keçirilib və sonradan Ramiz Mehdiyevə hədiyyə olunub. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgədəki sakinlər illərdir həmin versiyanın dolaşdığını bildirirlər. Onların sözlərinə görə, Mehdiyev villaya yalnız ildə bir dəfə, əsasən ailə tədbirləri zamanı gəlir.

Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb. Mənbələrin iddiasına görə, Mehdiyevin Qəbələdə daha 2 bahalı villasının da olduğu bildirilir. Hər iki mülk onun qızı Kamilə Əliyevanın adına rəsmiləşdirilib. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bir çox icra başçısına özünə ev və digər mülklər tikdirdiyi artıq yeni xəbər deyil.

Məsələn, Xaçmaz rayonunun Nabran istirahət zonasında 1 hektar ərazini əhatə edən 4 mərtəbəli villa 2012-ci ildə Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Mehdiyevə hədiyyə edilib. Villanın daxilində hovuz və idman meydançası da mövcuddur. Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Novruz Novruzov da yer alır. O, Şabran rayonuna rəhbərlik etdiyi dövrdə Kilvar kəndində meşəyə bitişik iki mülk tikdirərək Mehdiyevə hədiyyə edib.

Ramiz Mehdiyev Şabran dağlarında yerləşən bu mülkdə istirahətə üstünlük verib. Həmin kənddə, Ramiz Mehdiyevin mülkünə bitişik ərazidə köhnə erməni kilsəsi də var. Kilvar əldən-ayaqdan uzaq bir kənddir, həmin kəndin ucqar hissəsində, yan-yana inşa edilən bu evlərdən biri taxta konstruksiyalıdır. Rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən kənddə Ramiz Mehdiyevə məxsus daha bir villa da mövcuddur. Bakının Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov da sabiq PA rəhbərinə villa hədiyyə edən məmurlar sırasında olub. Şüvəlan bağları, “Gülçülük sovxozu” adlanan elit ərazidə inşa edilmiş 1000 kvadratmetrlik villa ötən il 1 milyon 300 min manata satışa çıxarılıb. Bu villa Mehdiyevin kürəkəni İlham Əliyevin adına sənədləşdirilmişdi. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov da Mehdiyevin kadrlarından biri olub.

O, 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev onu kollektivə təqdim etmişdi. Alxasov icra başçısı olduğu illərdə Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələrini tikdirib. Malikanələrin tikintisinə o, şəxsən rəhbərlik edib. Həmin malikanələrdən biri Qusar-Laza yolunun kənarında, meşənin içərisinə qədər uzanan 40 sotluq ərazidə inşa edilib. Üçmərtəbəli bu malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur. Malikanənin fotolarını isə 2020-ci ildə Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşmışdı. Musavat.com-a daxil olan məlumata görə, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı da dəqiqləşdirilir. Məlumata görə, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib.
Məlumata əsasən, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və məmurların məsuliyyətə cəlb olunmayacağı barədə onlara rəsmi xəbərdarlıq edilib. Əvəzində, bu barədə məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırığı ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir. Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi qurduğu şəbəkə indi öz içindən çözülməyə başlayıb. Kiminsə hədiyyə etdiyi villa indi onun öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə bir vaxtlar sədaqət andı içənlər indi ya etirafla canını qurtaracaq, ya da susmaqla öz taleyini möhürləyəcək.

Bu şəxslərə ən ağır cəzalar veriləcəyi də gələn məlumatlar sırasındadır. Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib, ölkənin siyasi idarə sistemində ən yüksək qərarları verən fiqurlardan biri olub. Buna baxmayaraq, onun gəlir və əmlak bəyanatlarında belə miqyaslı mülk heç vaxt göstərilməyib. Ekspertlər hesab edirlər ki, bu kimi halların ictimaiyyətə açıqlanması dövlət məmurlarının şəffaflıq öhdəlikləri və korrupsiya ilə mübarizə prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Ramiz Mehdiyev istintaq orqanlarının diqqət mərkəzindədir və onun illərlə topladığı gizli sərvətlərin hüquqi mənşəyi barədə araşdırmalar davam edir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri