Heydərovdan Mehdiyevə villa bağışlaması iddialarına reaksiya KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.
KONKRET.az xəbər verir ki, bunu gununsesi.info-ya eksklüziv açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarlıa ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır.
Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN şefinin adı çəkilir.
Kəmaləddin Heydərov isə “Gününsəsi”nə deyib ki, bu iddianı “bikar adamlar” yayır.
Gununsesi.info-nun məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, Kəmaləddin Heydərovla Ramiz Mehdiyev arasındakı münasibətlər olduqca gərgin olub.
Ona görə də FHN şefinin ona belə bir hədiyə etməsi inandırıcı deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 05 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















